Accessibility links

Jurnalist İvan Qolunovun işinə xitam verilib


Araşdırmaçı jurnalist İvan Qolunov
Araşdırmaçı jurnalist İvan Qolunov

Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev jurnalist İvan Qolunova qarşı cinayət ittihamlarının aradan qaldırıldığını və onun iyunun 11-də ev dustaqlığından azad ediləcəyini bildirib.

36 yaşlı Qolunov iyunun 6-da həbs edilmişdi. Ona qarşı böyük miqdarda qeyri-qanuni narkotik maddə satmağa çalışmaq ittihamı irəli sürülmüşdü. Qolunovun özü və onun tərəfdarları bu ittihamı rədd edərək, bunun Moskva rəsmilərinin jurnalistin rəsmilər arasında korrupsiyaya dair araşdırmalarına görə cəzalandırılması olduğunu bildirir.

Jurnalistin vəkili onun həbs zamanı döyüldüyünü və xəsarət aldığını bildirib.

Daxili işlər naziri Vladimir Kolokoltsevin bəyanatında deyilir ki, qərargahı Latviyada yerləşən Meduza xəbər saytının müxbiri olan Qolunovun həbsində iştirak etmiş polis işçiləri cəzalandırılıb və onların hərəkətləri ilə bağlı daxili araşdırma başladılıb.

Qolunovun həbsi Rusiya boyu etirazlarla qarşılanıb və onun tərəfdarları Moskvada böyük etiraz nümayişinin keçirilməsi ilə hədələyib.

Rusiyanın tanınmış ictimai və mədəniyyət xadimləri İvan Qolunova dəstək mesajları ilə çıxış ediblər.

Rusiyanın aparıcı üç biznes xəbər nəşri olan Kommersant, Vedomosti və RBK bazar ertəsi günü "Biz İran Qolunovuq" başlığı ilə çıxıb.

Daxili işlər naziri Vladimir Kolokoltsev bildirib ki, Qolunova qarşı ittihamlar tibbi ekspertizanın nəticələrinə və “iddia edilən cinayətin sübuta yetirilməməsi” səbəbi ilə aradan qaldırılıb.

Lakin Rusiya müxalifət lideri Aleksey Navalnı işə xitam verilməsi qərarını alqışlayıb və deyib ki, rəsmilərin bu qərarı verməsinin səbəbi ictimai etiraz dalğası ilə bağlıdır.

“Bu, çox gözəl xəbərdir. Bu, zülm edilmiş insanla adi həmrəyliyin nəyə qadir olduğuna dair ruhlandırıcı və motivasiya verən bir nümunədir”, Navalnı Twitter səhifəsidəki mesajında yazıb.

Qolunov məhkəmə qarşısına çıxarılıb məhkum olunsa idi 20 ilə qədər həbs cəzası ala bilərdi.

XS
SM
MD
LG