Accessibility links

Jurnalist sərbəst buraxılıb


Təzəxan Mirələmli

“Azadlıq” qəzetinin müxbiri Təzəxan Mirələmli aprelin 17-də gecə saatlarında sərbəst buraxılıb.

Bu barədə jurnalistin özü bildirib.

“Dostlar, narahat olmayın, artıq evdəyəm. Bu gün (aprelin 17-də) saat 18 radələrində AXCP sədri Əli Kərimlidən son hadisələrlə bağlı müsahibə almaq üçün onun yaşadığı evə getdim. Qısa görüşümüz zamanı bildirdi ki, bu gün artıq başqa bir media qurumuna açıqlama verib. Mən oradan çıxanda 3 nəfər mülki geyimli şəxs ( Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları) məni maşına oturdub ərazidən uzaqlaşdırdılar. Maşında olanda əllərindəki planşetdə mənim portal məlumatlarım olduğunu gördüm. Sonra hardansa xəbər gəldikdən sonra Xətai Rayon Polis İdarəsinə aparıldım. Polis İdarəsinin İstintaq şöbəsinin rəisinə təhvil verildim. Orada bildirdilər ki, guya barəmdə olan cinayət işi ilə bağlı gətiriblər. Zəng ediblər mənlə əlaqə qura bilməyiblər. Halbuki nə dünən, nə də bu gün bu barədə mənə heç bir zəng olmayıb. 5 saat orada oldum. İzahatımda hansısa uyğunsuzluqla bağlı əlavə sual verildi mən də cavablandırdım. Əslində bu iş 15 dəqiqəyə də bitə bilərdi. Nəhayət, saat 23 radələrində sərbəst buraxıldım,” o facebook səhifəsində qeyd edib.

Jurnalist bildirir ki, adına olan bütün telefon nömrələrin mobil interneti kəsilib.

“Elə bilirlər telefon nömrələrini Əli Kərimliyə vermişəm,” o qeyd edib.

XS
SM
MD
LG