Accessibility links

Türkiyədə 6 jurnalist ömürlük həbsə məhkum edilib


İstanbul məhkəməsi fevralın 16-da 6 jurnalisti ömürlük həbsə məhkum etdi.

Onlar 2016-cı il 15 iyul çevriliş cəhdində iştirakda, hazırda ABŞ-da yaşayan ilahiyatçı Fətullah Gülenlə əlbir olmaqda təqsirli biliniblər.

Türkiyə hakimiyyəti Fətullah Güleni bu qiyam cəhdinin əsas təşkilatçısı hesab edir.

“Taraf” qəzetinin keçmiş baş redaktoru Ahmet Altan, onun qardaşı, jurnalist və akademik Mehmet Altan və tanınmış jurnalist Nazlı İliçak da onların arasındadırlar.

Altan qardaşlarına qarşı qiyam cəhdinə bir gün qalmış tok-şou televiziya proqramında kodlaşdırılmış məlumat verməklə bağlı ayrıca ittiham da irəli sürülmüşdü.

Çevriliş cəhdindən bu yana Fətullah Gülen hərəkatı ilə əlbir olmaqda şübhəli bilinən 110 min adam işdən qovulub, 50 mindən çox adam saxlanılıb.

Həmin hadisələr vaxtı 240 adam ölüb.

Fətullah Gülen bütün ittihamları rədd edir.

XS
SM
MD
LG