"Günün səsi" (Gununsesi.info) portalının rəhbəri, keçmiş "vicdan məhbusu" Pərviz Həşimli sayta giirşi məhdudlaşdıran blokun aradan qaldırılması və onun xaricə çıxmasına qoyulmuş qadağanın ləğvinə yardım etmək çağırışı ilə baş baş prokurora müraciət edib.
Sayt Azərbaycanda 2018-ci ilin iyulunda Gəncədə baş verilmiş hadisələrdən sonra bu mövzuda nəşrlərlə əlaqədar bloklanıb. Bundan başqa, Həşimlinin özünün ölkədən çıxışına qadağa qoyulub.
Həşimli mayın 24-də baş prokurorun Gəncəyə səfəri zamanı onunla görüşməyə çalışıb. Amma jurnalisti Zakir Qaralovla görüşəburaxmayıblar, baxmayaraq ki, o, əvvəlcədən qəbula yazılmışdı.
Həşimli qeyd edir ki, onun rəhbərlik etdiyi sayt Gəncə hadisələri haqqında materialları "KİV haqqında" qanunun tələblərinə uyğun şəkildə dərc edib. Bu zaman rəsmi məlumatlara daha çox yer ayrılıb.
Həşimli özü bir neçə jurnalistlə birlikdə Bakı Prokurorluqda dindirilib, bundan sonra onun xarici səfərlərinə qadağa qoyulub.
Rabitə Nazirliyindən və baş internet tədarükçüsü operatoru Delta Telekom-dan verilən cavablara görə, onlar saytı bloklamayıb.