Jurnalist Əfqan Sadıqovun işi üzrə məhkəmə iclası keçirilib
Oktyabrın 20-də Bakı Ağır Cinayətlər məhkəməsində "Azel TV” xəbər portalının baş redaktoru Əfqan Sadıqovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Əfqan Sadıqov mayın 13-də saxlanılıb. Binəqədi Rayon Məhkəməsi onu hədə-qorxu ilə əmlak tələb etmək ittihamı ilə 4 ay müddətinə həbs edib. İstintaqın bildirdiyinə görə, Əfqan Sadıqov 'xəbərfakt'.az saytının redaktoru Sakit Muradov ilə birlikdə 10 min manat rüşvət alarkən cinayət başında saxlanılıb. Əfqan Sadıqov və Sakit Muradov təqsirləndirilən şəxs qismində cəlb edilərək Sadıqovun barəsində məhkəmənin qərarı ilə həbs, Muradovun barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Episodes
-
May 13, 2024
Tbilisinin Avropa meydanında nümayiş
-
May 13, 2024
Tbilsidə fəaliyyət göstərən ukraynalı DJ
-
May 10, 2024
Şimali Koreya ABŞ-ı eskalasiyada ittiham edir