Accessibility links

Ekvadorda jurnalistləri öldürənlərə qarşı hərbi əməliyyat başladıla bilər


Lenin Moreno
Lenin Moreno

Ekvador prezidenti Lenin Moreno bildirib ki, Kolumbiyayla sərhəddə üç nəfər mətbuat əməkdaşını qaçıraraq öldürən narkotik qaçaqmalçılarına qarşı hərbi əməliyyat başlanılmazdan əvvəl onlara 12 saat vaxt verilib.

Moreno hərbi əməliyyatlar barədə cümə axşamı Peruda keçirilən regionun zirvə toplantısından qayıtdıqdan sonra Quito hava limanında keçirilən mətbuat toplantısında bildirib.

Mətbuat toplantısından bir neçə saat öncə Kolumbiya televiziyası öldürülən üç nəfərin cəsədlərinin şəkillərini nümayiş etdiriblər.

​El Comercio qəzetinin üç əməkdaşı üç həftə əvvəl Ekvadorun şimal sərhədindəki narkotik maddələri ilə əlaqədar yaranmış şiddət hallarını araşdıran zaman Kolumbiyanın Silahlı İnqilabçı dəstəsi tərəfindən girov götürülmüşdü.

Morenonun sözlərinə görə, jurnalist Xavier Orteqa, fotoqraf Paul Rivas və sürücü Efrain Seqarranın onlarla həmkarı və dostları prezident sarayının qarşısında toplaşaraq onların xatirəsinə şam yandırıblar.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG