Accessibility links

Jurnalistin ölkədən çıxışına qadağa götürülməyib


Şahbələd Çobanoğlu
Şahbələd Çobanoğlu

Baş Prokurorluq publisist Şahvələd Çobanoğlunun ölkədən çıxışına qoyulmuş qadağanı ləvğ etməkdən imtina edib.

Bir müddət əvvəl onun vəkili Zibeydə Sadıqova qadağanın ləğv edilməsi üçün Baş Prokurorluğa müraciət edib.

Son aylarda bir neçə jurnalist barəsində bu cür məhdudiyyətlər ləğv edilib. Bu zaman Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinin rəisi Eldar Əhmədov bildirib ki, yaxın günlərdə bütün media nümayəndələrinin lkədən çıxışa qoyulmuş qadağalar ləğv ediləcək.

Amma, Baş Prokurorluğun vəkil Sadıqovaya cavabında deyilir ki, vəkilin müraciəti cinayət işinə əlavə ediləcək və ona əlavə olaraq cavab veriləcək.

Çobanoğlu bildirib ki, bundan əvvəl də prokurorluqdan analoji məzmunlu məktublar alıb, amma heç bir əlavə məlumat verilməyib. O hesab edir ki, hakimiyyət qadağanı ləğv etmək niyyətində deyil.

Bu məhdudiyyətlər jurnalistin özü və ailə üzvləri üçün ciddi problemlər yaradır.

Çobanoğlu hökumətin ünvanına tənqidi yazıları ilə tanınlır. O, müxtəlif vaxtlarda "Hürriyyət", "Günaydın" qəzetlərinə rəhbərlik edib. Çobanoğlu həmçinin "Fərqli düşüncə" çap nəşrinin təsisçisi olub.

Çobanoğlu bir sıra jurnalist araşdırmalarının müəllifi və Gerd Butserius adına beynəlxalq mükafatın laureatıdır.

XS
SM
MD
LG