Accessibility links

Jurnalistin həbsxanada aclıq aksiyasına başladığı bildirilir


Əfqan Sadıqov
Əfqan Sadıqov

“Azel TV” xəbər saytının təsisçisi, həbsdə olan jurnalist Əfqan Sadıqov iyulun 11-dən aclıq aksiyasına başladığını bildirib. Jurnalist ona qarşı qaldırılmış cinayət işinin düzgün aparılmamasına etiraz edir.

Əfqan Sadıqov bu il mayın 13-də saxlanılıb.

İstintaqın bildirdiyinə görə, Əfqan Sadıqov Xəbərfakt.az nəşrinin redaktoru Sakit Muradov ilə birlikdə 10 min manat rüşvət alarkən cinayət başında saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddələri ilə cinayət işi başlanılıb.

Əfqan Sadıqov və Sakit Muradov təqsirləndirilən şəxs qismində cəlb edilərək Sadıqovun barəsində Binəqədi rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs, Muradovun barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Əfqan Sadıqov həbsindən öncə “Taxtakörpüdə gizlədilimiş cinayət hadisəsi“ adlı məqalə ilə çıxış edib. Məqalədə Taxtakörpü qəsəbəsində kimsəsiz və köməksiz olan iki qadına qarşı (onlardan biri azyaşlıdır) cinsi zorakılıqdan bəhs edilir. Jurnalıist qadınlara qarşı zorakılığın araşdırılmamasından narahatlığını bildirib. O həmin məlumatı YouTube kanalı vasitəsilə də diqqətə çatdırıb.

Sadıqov həmçinin narkotik qaçaqmalçılığında əli olduğunu iddia etdiyi bir qrup şəxs və Sumqayıt şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri barədə də tənqidi məqalələrlə çıxış edib.

“Yüksək vəzifəli bir neçə məmuru kəskin tənqid, ifşa etdiyim üçün sifarişin, tapşırıq, göstərişin hardan gəldiyini yaxşı bilirik”, Sadıqov həbsindən öncə Facebook səhifəsində yazıb.

Əfqan Sadıqovun həyat yoldaşı Sevin Sadıqova bir neçə dəfə cinayət işinin istintaqını aparan Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin binası qarşısında ittihamın sifarişli olması və istintaqın düzgün aparılmamasına etiraz olaraq təkadamlıq aksiya keçirib.

Sevinc Sadıqovanın bu gün yaydığı məlumatda deyilir ki, iyulun 10-da müstəntiq Emin Vəliyev və vəkil Elçin Sadıqov 1 saylı Bakı İstintaq təcridxanasında Əfqan Sadıqovla görüşüb.

“Müstəntiq Emin Vəliyev Əfqana bildirib ki, artıq cinayət işinin istintaqını yekunlaşdırıb. Bir daha qeyd edirəm yekun qərar Əfqan Sadıqov 182.2.1 və 182.2.4 -cü maddələrlə təqsirli bilinərək iş məhkəməyə verilib. Bu maddə ilə Əfqanı 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Bütün bunlara Əfqan öz etirazını bildirərək bu gündən, iyulun 11-dən aclıq aksiyasına başlayıb. O bildirir ki, ailəsinə, mənə qarşı təziqlər olunur, haqq-ədalət yerini tapmayınca aclığı dayandırmayacaq,” Sadıqova qeyd edib.

Bununla yanaşı, jurnalistin aclığa başlaması ilə bağlı yayılan məlumatları Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Mehman Sadıqov Amerikanın Səsinə təsdiq etməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG