Accessibility links

Jurnalistin həyat yoldaşı: Polad Aslanov danışanda titrəyirdi


Polad Aslanov
Polad Aslanov

Həbsdə olan xeberman.com saytının baş redaktoru Polad Aslanov 14 gündür aclıq edir.

Bu gün, fevralın 13-də Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova 1 saylı Bakı İstintaq təcridxanasında onunla görüşüb.

please wait

No media source currently available

0:00 0:03:07 0:00

“Polad çox sürətlə çəki itirir. 14 gündür aclıq etməsinə baxmayaraq hələ də kamerada saxlanılır, həkim nəzarəti yoxdur. O danışarkən üşüyürdü, titrətməsi var idi. Polad qidalanmadığına görə təzyiqi çox aşağıdır, hər an komaya düşə bilər. Bu günədək Ombudsman Aparatından başqa aidiyyatı üzrə heç bir qurum ona baş çəkməyib,” Gülmirə Aslanova Amerikanın Səsinə müsahibəsində bildirib.

Polad Aslanov hüquqları bərpa edilənədək aclığı davam etdirəcəyini bildirib.

‘”Polad fevralın 1-də aclığa başlaması ilə bağlı məhkəmədə bəyanat verib və təcridxananın rəhbərliyinə rəsmi müraciət edib. Amma, təcridxananın rəhbərliyi onun aclıqla bağlı müraciətini sənədləşdirmir və səbəbini də izah etmir,” o qeyd edib.

Penitensiar Xidmətdən hələ Polad Aslanovla bağlı hər hansı məlumat almaq mümkün olmayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsi hakim Faiq Qəniyevin sədrliyi ilə 2020-ci il noyabrın 16-da Polad Aslanovu 16 il azadlıqdan məhrum edib.

O danışarkən üşüyürdü, titrətməsi var idi. Polad qiidalnmadığına görə təzyiqi çox aşağıdır, hər an komaya düşə bilər.
Gülmirə Aslanova, jurnalistin həıyat yoldaşı

Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, Polad Aslanov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.

Açıqlamada onun xarici xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı tapşırıqlar əsasında Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə istifadə etməkdən ötrü topladığı məlumatları həmin orqanlara ötürdüyü bildirilir.

Polad Aslanov məhkəmədə ittihamı qəbul etmədiyini və həbsinin jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirib.

ABŞ Dövlət Departamentinin demokratiya, insan hüquqları və əmək məsələləri bürosunun ötən il noyabrın 2-də yaydığı bəyanatda Azərbaycan hakimiyyəti 2019-cu ilin iyunundan bəri Dövlət Təhlükəsizliyi Xidmətindəki korrupsiyanı ifşa etdikdən sonra tutulan Polad Aslanov da daxil olmaqla, əsas azadlıqlardan istifadə etdiyinə görə həbs edilən bütün jurnalistləri sərbəst buraxmasına çağırılıb.

“Sərhədsiz Reportyorlar” beynəlxalq hüquq müdafiə təşkilatı Azərbaycan hakimiyyətini jurnalist Polad Aslanovla qeyri-insani rəftara son qoymağa, ona tibbi yardım göstərməyə və Bakı Apellyasiya Məhkəməsində ədalətli təhqiqatı təmin etməyə çağırıb.

2021-ci il fevralın 1-də Polad Aslanovun apellyasiya şikayətinə baxış başlayıb.

Jurnalist məhkəmədə prosesin obyektivliyinin təmin edilməsini tələb edərək, aclıq elan edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniya ölkəsindəki üç İran konsulluğunu bağlayıb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG