Accessibility links

Jurnalistin işi məhkəməyə gedir


Anar Məmmədov

Dekabrın 12-də criminalaz.com saytının baş redaktoru Anar Məmmədov və vəkili Bakı Şəhər Prokurorluğunda cinayət işi materialları ilə tanışlığı başa çatdırıblar.

Jurnalist Anar Məmmədovun sözlərinə görə vəkili tanışlıq mərhələsində bəzi vəsatətlər verib. Həmin vəsatətlər cinayət işinə xitam verilməsi ilə bağlı olub. Dekabrın 12-də vəsatətlərin təmin edilmədiyi Anar Məmmədov və vəkilinə elan edilib.

Bundan bir gün əvvəl, dekabrın 11-də də Anar Məmmədov və vəkili cinayət işi materialları ilə tanış olmaqdan ötrü Bakı Şəhər Prokurorluğunda olmuşdu.

Cinayət işi bundan sonra qanunvericiliyin tələbinə uyğun olaraq məhkəməyə göndərilməlidir. Anar Məmmədovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacağı gözlənir.

Anar Məmmədov Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

İyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis serjantına silahlı sui-qəsd olub. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Bundan sonra sosal şəbəkələrdə iyulun 10-da Gəncədə aksiya keçirilməsi ilə bağlı məlumatlar yayılıb.

Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik “radikal dini qrup”un keçirmək istədiyi aksiyada yüksək rütbəli polis zabitləri İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər.

Bu hadisə ilə bağlı 60-dan çox şəxsin həbs olunduğu bildirilir.

Hüquq-mühafizə oraqnlarının iddiasına görə, daha 5 silahlı şəxs isə öldürülüb.

Ancaq bu məsələ ölkə ictimaiyyəti arasında birmənalı qarşılanmayıb. Bəzi ekspertlər düşünür ki, həmin əməliyyatların video görüntüləri yayılarsa, ölkə əhalisində baş verənlərlə bağlı rəsmi açıqlamalara şübhə olmaz.

XS
SM
MD
LG