Accessibility links

Jurnalist məhkəmədə ifadə verməkdən imtina edib


İyunun 4-də Bakı şəhəri Xətai Rayon Məhkəməsində hakim Fərid Yaqubovun sədirliyi ilə Azadlıq qəzetinin əməkdaşıTəzəxan Mirələmlinin məhkəməsi davam etdirilib.

Təzəxan Mirələmli Amerikanın Səsinə bildirib ki, cinayət işi üzrə özünü təqsirli bilmir və məhkəməyə sərbəst ifadə verməkdən imtina edib.

Bugünkü proses şahid ifadələri ilə davam etdirilib.

Qarşı tərəf, bloger Ata Abdullayev ifadə verib. O bildirib ki, fevralın 26-da AXCP sədri Kərimliyə sual vermək istəsə də bunun qarşısı alınıb.

Məhkəmədə şahid qismində Borçaliyev Rəşad və İsmayılov Vədat çıxış edib. Şahidlər Ata Abdullayevin dediklərini təsdiq edib.

Təqsirləndirilən şəxs Mirələmli ekspertin dindirilməsi ilə bağlı vəsatət versə də qəbul edilməyib.

Növbəti məhkəmə prosesi iyunun 18-nə təxirə salınıb.

Mayın 22-də Bakının Xətai Rayon Məhkəməsində “Azadlıq” qəzetinin müxbiri, Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Təzəxan Mirələmliyə qarşı cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Təzəxan Mirələmli Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham olunur. Ona qarşı cinayət işi özünü “videobloger” kimi təqdim edən Ata Abdullayevin şikayəti əsasında başlanılıb.

Məhkəmə çəkişməsinin predmeti bu il fevralın 26-da AXCP fəallarının Xocalı soyqırımı qurbanları memorialını ziyarəti zamanı baş vermiş insidentdir.

Mirələmlinin sözlərinə görə, o, jurnalist kimi tədbiri işıqlandırıb.

XS
SM
MD
LG