Accessibility links

Jurnalistin qardaşı inzibati qaydada həbs edilib


Polad Aslanov

Həbs cəzası çəkən xeberman.com saytının redaktoru Polad Aslanovun qardaşı Niyaməddin Aslanzadə inzibati qaydada həbs edilib.

Bu barədə Polad Aslanovun həyat yoldaşı Gülmira Aslanova bildirib.

Onun sözlərinə görə, Niyaməddin Aslanzadə bir neçə gün əvvəl polis şöbəsinə çağırılıb.

"Qaynıma deyiblər ki, onun barəsində Ombudsman Aparatından şikayət var. Bir neçə ay əvvəl, həyat yoldaşım aclıq edərkən Niyaməddin Ombudsman Aparatına zəng edib, qardaşı ilə heç kimin maraqlanmamasına görə qəzəbini bildirib. Niyaməddin əsəb xəstəliyindən əziyyət çəkir və qardaşına qarşı ədalətsizliyə etirazını emosional formada ifadə edib. Sonra o, üzr istəyib. Biz də onun adından üzr istədik," Gülmira Aslanova bildirib.

Onun sözlərinə görə, əvvəlcə qaynı buraxılıb, amma avqustun 26-da o, yoxa çıxıb.

"Biz onun yerini öyrənə bilmirdik, Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edirdik. Dünən anasına deyiblər ki, Niyaməddinə 15 gün həbs veriblər. Bu gün Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis şöbəsindən mənə bildiriblər ki, o, beş gün müddətinə həbs edilib, amma konkret səbəb və Niyaməddinin hansı maddə ilə cəzalandırıldığını açıqlamayıblar. Rayon məhkəməsi bağlı olduğuna görə məhkəmə qərarının mətnini əldə edə bilmədim," Aslanova bildirib.

O qeyd edib ki, qaynının hüquqları pozulub, belə ki, o, saxlanıldıqdan sonra evə zəng etməsinə və seçdiyi vəkili dəvət etməsinə icazə verilməyib.

Aslanov 16 noyabr 2019-cu ildə İranın xeyrinə casusluq ittihamı ilə 16 il müddətinə azadlıqdan məhrum edilib. O, ittihamı qəbul etmir, hüqüq-mühafizə orqanlarında korrupsiya halları haqqında məqalələrinə görə cəzalandırıldığını bildirib.

"Sərhədsiz Reportyorlar" təşkilatı və digər hüquq müdafiə qurumları Azərbaycan hakimiyyətini Polad Aslanovu həbsdən azad etməyə çağırıb.

Şərhlərə bax

Dünyaya Baxış

Dünyaya Baxış. Volodimir Zelenskinin köməkçisinə qarşı sui qəsd cəhdi edilib
please wait

No media source currently available

0:00 0:10:00 0:00

Amerika İcmalı

Amerika İcmalı - 17 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:29:53 0:00
XS
SM
MD
LG