Accessibility links

Jurnalistlər Mətbuat Şurasının binası qarşısında aksiya keçirib


İyulun 22-də Milli Mətbuat Günündə bir qrup jurnalsit və bloger Mətbuat Şurasının qarşısında etiraz aksiyası keçirib.

Etirazçılar əllərində ağ kağızlar tutaraq "Jurnalistika cinayət deyil!", "Azad media susdurula bilməz!", "Əflatun Amaşova istefa!" şüarları səsləndirib.

Aksiya iştirakçıları hesab edir ki, Mətbuat Şurası jurnalistlərin problemlərinin həlli ilə məşğul olmur.

"Mətbuat Şurası bu günə kimi Azərbaycanda heç bir müstəqil jurnalistin fəaliyyətinə olan təzyiqlərə köməklik göstərib bir bəyanat verməyib. Biz bunu görməmişik. Bu günə qədər telefonumuz sınanda, hər hansı təzyiq olunanda Mətbuat Şurası bir qurum olaraq bizim üçün bir iş görməyib. Ən əsası pandemiya dövründə Nazirlər Kabineti yanında Operativ Qərargah jurnalistlərin fəaliyyətini dayandıranda Mətbuat Şurasının gücü çatmadı ki, orada bizim haqq səsimizi çatdırsın ki, jurnalistlərin fəaliyyəti dayandırıla bilməz. Nəyə görə başqa kanalların, jurnalistlərin, hökümətyönümlü saytların fəaliyyəti dayandırılmadı, ancaq müxalif kanallarda işləyən, sosial problemləri çəkən jurnalistlərin fəaliyyəti dayandırıldı? Biz bu gün bura toplaşaraq yalnız Mətbuat Şurasına etirazımızı bildiririk," aksiya iştirakçılarından biri bildirib.

Etiraz aksiyanın iştirakçıları mediaya ayrılan maliyyə vəsaitlərinin ədalətli şəkildə bölünməməsindən narahat olduqlarını bildirib.

"Azərbaycan prezidenti çıxışında dəfələrlə bildirir ki, hər il mətbuat üçün molyonlarla pul ayrılır. Amma Mətbuat Şurası bu pulları hara edir, bilinmir," digər bir iştirakçı deyib.

Aksiya iştirakçıları qarşılarına çıxan Mətbuat Şurasının nümayəndəsinə əllərində saxladıqları ağ kağızları verərək, onları qurumun sədri Əflatun Amaşova bəyanat kimi təqdim etməyi xahiş ediblər.

Aksiya insidentsiz başa çatıb.

Əflatun Amaşov
Əflatun Amaşov

Mətbuat Şurasının sədri Əflatun Amaşov Amerikanın Səsinə müsahibəsində bildirib ki, aksiya keçirən jurnalistlərlə bundan əvvəl də görüşüb, onların qaldırdığı problemləri müvafiq qurumlara çatdırıb.

“Əgər onların yenə problemləri varsa müvafiq qurumlar qarşısında yenə məsələ qaldıra bilərik,” o qeyd edib.

Mətbuat Şurasının sədri etirazçılara cavab verib
please wait

No media source currently available

0:00 0:02:58 0:00

Amaşov aksiyada səsləndirilən mediaya ayrılan pulların bölünməsində qanunsuzluqlara yol verilməsi ilə bağlı ittihama cavabda deyib ki, Mətbuat Şurası ictimai təşkilatdır və hökumət tərəfindən mediaya ayrılan pulların bölgüsü ilə məşğul olmur.

“Nə buna səlahiyyəti çatır. Nə də o pullar media vasitələrinə Mətbuat Şurası vasitəsi ilə çatdırılmır.”

Amaşov aksiyada səsləndirilən Mətbuat Şurasının müstəqi jurnalistlərin hüquqlarını müdafiə etmir çağırışı ilə də razılaşmır.

“Elə bir hadisə ola bilməz ki, mətbuatla bağlı problem olsun, Mətbuat Şurasına müraciət edilsin və Mətbuat Şurası həmin məsələni müvafiq qurumlar qarşısında qaldırmasın. Mənim yadımdadır, bir zamanlar jurnalistlər Mirzə Sakit, Eynulla Fətulılayevlə həbsxanada görüşmüşdük. Hamısı ilə bağlı müvafiq qururmlar qarşısında məsələ qaldırılıb. Yenə deyirəm, Mətbuat Şurası ictimai təşkilatdır. Onun kiminsə qapısını açıb azadlığa buraxmaq səlahiyyəti yoxdur. Mətbuat Şurası yalnız müvafiq qurumlara müraciət ünvanlaya bilər. Elə məsələ ola bilməz ki, Mətbuat Şurası həmin problemin həlli ilə bağlı müvafiq qurumlara müraciət etməsin,” o bildirib.

Mətbuat Şurasının sədri hazırda həbsdə olan jurnalistlərlə bağlı araşdırma aparıldığını deyib.

“Yəqin yaxın zamanda o məsələlərə qayıdacağıq,” o qeyd edib.

XS
SM
MD
LG