Accessibility links

Jurnalistlər "Media haqqında" qanun layihəsinə etiraz olaraq aksiya keçirib


Dekabrın 28-də bir qrup jurnalist Milli Məclisin binası qarşısında ikinci oxunuşda qəbul edilən "Media haqqında" qanun layihəsinə etiraz olaraq aksiya keçirib.

Jurnalistlər “Mürtəce qanuna yox!”, “Azad mətbuat!”, “Reyetsrini də götür get!", "Azad mətbuat", kimi şüarlar səsləndirib. Bundan əlavə, aksiya iştirakçıları “free media” yazılmış tibbi maskalar taxıb.

Jurnalist Xədicə İsmayıl bildirib ki, layihə azad jurnalistikanı məhdudlaşdıran maddələr çıxarılmadan müzakirə edilməməlidir:

"Bu maddələr çıxarılmadan onun müzakirəsi, ümumiyyətlə, mümkün deyil".

Polis bir neçə halda aksiyaya mane olmağa çalışıb, nəhayətdə aksiya iştirakçılarını dövrəyə alaraq dayanıb.

Jurnalistlər Milli Məclisi qanun layihəsini hazırki formada qəbul etməməyə çağırıb.

Aksiya iştirakçıları bəyan edib ki, sözügedən qanun layihəsi Azərbaycan Respublikasının Konstitusiyasına və Avropa İnsan Hüquqları Konvensiyasına ziddir.

Araşdırmaçı jurnalist Xədicə İsmayıl deyib ki, qanun qəbul olunarsa hər gün onları məhkəməyə verəcək.

Jurnalistlər "Media haqqında" qanun layihəsinə etiraz olaraq aksiya keçirib
Jurnalistlər "Media haqqında" qanun layihəsinə etiraz olaraq aksiya keçirib

Jurnalistlər aksiyanın qətnaməsini Milli Məclisin məktublar şöbəsinə təqdim edib.Aksiyanın sonunda iştirakçılar bəyanat səsləndirdilər. "Biz, bir qrup müstəqil jurnalist olaraq "Media haqqında" yeni qanun layihəsinin ölkəmizdə mövcud qapalı mühitin daha da sərtləşməsinə təkan verəcəyindən narahatlığımızı ifadə edir, bunu ifadə azadlığı hüququnun pozulması kimi qiymətləndiririk", - bəyanatda vurğulanır.

Milli Məclisdə deputatlardan jurnalistlərin qarşısına çıxan olmayıb.

Bu aksiyada səslənən fikirlərə, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

"Media haqqında" yeni qanun

Dekabrın 10-da Milli Məclisin komitələrində "Media haqqında" yeni qanun layihəsinin müzakirəsi başlayıb. Bu anadək sənəd ictimai müzakirələr üçün açıq olmayıb. On gün müddətində Milli Məclis qanun layihəsini iki oxunuşda qəbul edib.

Dekabrın 9-da Medianın İnkişafı Agentliyi bildirib ki, “Media haqqında” yeni qanun layihəsi, jurnalistlərin sosial müdafiəsinə yönəlmiş tədbirlərin həyata keçirilməsi, media subyektləri və jurnalistlərin peşəkarlıq meyarına uyğun fəaliyyət göstərə bilmələri üçün hüquqi təminatın yaradılmasını nəzərdə tutur.

Yerli medianın məlumatına görə, “Media haqqında” qanun Azərbaycan ərazisində təsis olunmuş media subyektləri, redaksiyalar və onların məhsullarına, eyni zamanda Azərbaycanın hüdudlarından kənarda olan, fəaliyyəti Azərbaycan ərazisinə və auditoriyasına istiqamətlənmiş bütün subyektlərə, Azərbaycandan kənarda yaradılan media məhsullarının yalnız Azərbaycan ərazisində yayılmış hissəsinə və jurnalistlərə şamil olunacaq.

Azərbaycan rəsmiləri ölkədə plüralizmin təmin olduğunu deyir

Rəsmi qurumlar ölkədə media azadlığının tam təmin edildiyini, plüralizm üçün hər cür şəraitin yaradıldığını bildirir. Hökumət rəsmiləri jurnalistlərin hüquqlarının müdafiə edildiyini, onların sosial müdafiəsinin təşkil edildiyini deyir.

Bununla yanaşı, media ilə bağlı monitorinqlərə görə, son bir ildə böhtan və təhqirlə bağlı 20-dən çox jurnalist məhkəməyə verilib. Jurnalistlərə qarşı otuzdan çox insident qeydə alınıb. Ölkənin iki jurnalisti münaqişə bölgəsində mina partlayışı nəticəsində həlak olub.

Beynəlxalq təşkilatların gözündə Azərbaycan mediası

“Sərhədsiz Reportyorlar” mətbuata dəstək təşkilatının dünya üzrə 2021-ci ilin Mətbuat Azadlığı İndeksində Azərbaycan 180 ölkə arasında 167-ci yerdə qərarlaşıb. Yerli və beynəlxalq ekspertlər Azərbaycanda medianın vəziyyətinin ağır olaraq qaldığını düşünür. Onlar hesab edir ki, Azərbaycanda uzun illərdir bir sıra müstəqil media qurumlarına qarşı təzyiq kampaniyaları davam etdirilir.

Jurnalistləri Müdafiə Komitəsinin məlumatına görə, Azərbaycanda son illərdə ümumilikdə 5 jurnalist öldürülüb. Hazırda 4 jurnalist həbsdədir. Ölkədə beynəlxalq media təşkilatı olan AzadlıqRadiosunun Bakı bürosu 2014-cü ilin dekabrından bağlanıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG