Accessibility links

Jurnalistlər Saleh Rüstəmliyə azadlıq tələb edir


Fərid Qəhrəmanov: Jurnalistlər Saleh Rüstəmlinin taleyindən narahatdır
please wait

No media source currently available

0:00 0:03:39 0:00

“Saleh Rüstəmlinin həbsxanada başladığı aclıq aksiyası günahsız cəzaya qarşı dirənişdir, bu aksiya davam edərsə onun labüd ölümü Azərbaycanda çox arzuolunmaz presedent yaradacaq. Elə, Azərbaycan üçün də çox arzuolunmaz presedentlər yaradacaq. Saleh Rüstəmlinin bir an öncə azad edilməsi üçün əlinizdən gələni əsirgəməyin! Biz onun azadlığını istəyirik!”

Bu barədə otuzdan çox jurnalistin dövlət qurumlarına, dövlət başçısına, bütün cəmiyyətə müraciətində deyilir.

Sənəddə deyilir ki, noyabrın 23-ü Saleh Rüstəmlinin aclıq aksiyasının 18-ci günüdür.

“Qəhrəman qazimizin azadlığı üçün biz jurnalistlər bütün cəmiyyətdən həmrəylik istəyirik,” jurnalistlər qeyd edir.

Müraciətdə deyilir ki, Rüstəmliyə verilən cəzanın siyasi mülahizələrlə seçildiyi, tətbiq edildiyi gün kimi aydındır.

“Saleh bəy qanun pozuntusu sayıla biləcək heç bir əmələ yol verməyib. Aclıq aksiyası, ölüm aclığı qərarı sıradan bir etiraz aksiyası deyil. Bu, bir iradə məsələsidir. Öz əməlində zərrə qədər də olsa, günah elementinin varlığını hiss edən şəxs belə qəti qərar verə bilməz. Yəni hamının bildiyi həqiqəti Saleh Rüstəmli hamıdan daha artıq bilir ki, o, günahsız olduğu halda cəzalandırılıb,” müraciətdə bildirilir.

Saleh Rüstəmov 2018-ci il mayın 8-də narkotik ittihamıyla tutulub. İki gün sonra onun qardaşı oğlu Vidadi Rüstəmli də eyni ittihamla saxlanıb. Sonra, mayın 25-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üç funksioneri (Aqil Məhərrəmov, Babək Həsənov və Ruslan Nəsirov) tutulub. Bundan sonra ittihamın dəyişdiyi bəlli olub. Onların saxlanılması ilə bağlı yayılan rəsmi açıqlamaya görə, AXCP funksionerləri və Rüstəmli çirkli pul vəsaitlərini leqallaşdırmaqda günahlandırılırlar.

AXCP ittihami təkzib edib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Saleh Rüstəmli 7 il 3 ay, Məhərrəmov 4 il, Həsənov isə 3 il azadlıqdan məhrum edilib. Vidadi Rüstəmli və Ruslan Nəsirova şərti cəza verilib. Onların hamısı məhkəmədə ittihamları qəbul etməyib. Həsənov bu il martın 18-də əfv sərəncamı ilə azadlığa buraxılıb.

XS
SM
MD
LG