Accessibility links

Jurnalistlər Cocuq Mərcanlıda [Video]


Cocuq Mərcanlı kəndi
please wait

No media source currently available

0:00 0:00:14 0:00

Cocuq Mərcanlı kəndi

Amerikanın Səsinin müxbirinin verdiyi məlumata görə hal -hazırda kənddə normal vəziyyətdə ev qalmayıb

Bu gün xarici KİV-ləri təmsil edən bir qrup jurnalist cəbhə xəttinə yaxın Cocuq Mərcanlı kəndində olub.

Bu kənd İran-Azərbaycan sərhədi yaxınlığında, Cəbrayıl rayonunda yerləşir.

Amerikanın Səsinin müxbirinin verdiyi məlumata görə hal -hazırda kənddə normal vəziyyətdə ev qalmayıb. Ərazilər minalardan təmizlənir.

Yerli icra hakimiyyəti nümayəndəsinin sözlərinə görə, kəndin bərpası tədricən olacaq. Öncə 50 ev inşa ediləcək, 10 min hektar ərazi minalardan təmizlənəcək. Ümumilikdə, 2 mln. 700 min kv.metr ərazi təmizlənməlidir.

Cocuq Mərcanlı kəndi
Cocuq Mərcanlı kəndi

İlin sonunadək kənddə 200 ailə yaşamalıdır.

Bu kənd 1993-cü ildə erməni hərbi qüvvələrinin nəzarətinə keçib, 1994-cü ildə Horadiz və ətraf qəsəbələrlə birlikdə kənd azad edilib. Ancaq Lələtəpə yüksəkliyi erməni hərbi qüvvələrinin nəzarətində olduğundan Cocuq Mərcanlı və digər kəndlərin sakinləri ora gedə bilməyib. Həmin yüksəklik 2016-cı ilin aprel döyüşlərində geri alınıb.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

2016-cı ildə, əvvəlki illərlə müqayisədə cəbhədə atəşkəs halları daha çox pozulub. Həmin il aprelin 2-dən 5-nə kimi hətta cəbhədə iri silahların işə düşməsi nəticəsində hər iki tərəf itkilər verib. Aprelin 5-də Moskvada qərargah rəislərinin görüşündə hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə edilib. Ancaq hələ də, tərəflər bir-birini atəşkəsin pozulmasında günahlandırır.

XS
SM
MD
LG