Accessibility links

Trampın məhkəmə işində münsiflər məhkəməsi ikinci gündür müzakirələr aparır


Nyu Yorkdakı Manhetten Cinayət Məhkəməsində münsiflər məhkəməsi keçmiş prezident Donald Trampın cinayət işi ilə bağlı müzakirələrə başladığı bir vaxtda, Tramp məhkəmə zalının önündə vəkili Todd Blanç və digərləri ilə danışır. 29 may, 2024.
Nyu Yorkdakı Manhetten Cinayət Məhkəməsində münsiflər məhkəməsi keçmiş prezident Donald Trampın cinayət işi ilə bağlı müzakirələrə başladığı bir vaxtda, Tramp məhkəmə zalının önündə vəkili Todd Blanç və digərləri ilə danışır. 29 may, 2024.

Donald Trampın Nyu-Yorkda "susdurmaq üçün verilən pul"la əlaqədar qaldırılan cinayət işində münsfilər məhkəməsi cümə axşamı ikinci gündür ki, müzakirələrini davam etdirirlər.

Çərşənbə günü 12 nəfərdən ibarət münsiflər məhkəməsi təxminən dörd saat görüşüb. Bundan sonra isə onlar məhkəmə işinə sədrlik edən hakimdən National Enquirer tabloidinin keçmiş naşiri Devid Pekerin və bir zamanlar Trampın vəkili olan Maykl Kohenin onların 2015-ci ilin avqustunda Nyu Yorkdakı Trump Tower ofisində Trampla görüşü haqqında ifadələrinin stenoqramını dinləməyi xahiş ediblər.

Prokurorlar həmin görüşü “Trump Tower gizli sövdələşmə” adlandırıblar, çünki Peker ifadəsində bildirib ki, o, orada çoxdankı dostu Trampa prezidentliyə namizədliyini irəli sürərkən onun haqqında mənfi hekayələrə diqqət yetirmək üçün onun “gözü və qulağı” olacaq.

Tramp 2016-cı il seçkilərinin nəticələrinə qeyri-qanuni təsir göstərmək cəhdində ittiham olunur.

Kohen ifadəsində deyib ki, Tramp ona “sadəcə olaraq bunu etməsini” – 2016-cı il seçkisinə bir neçə gün qalmış porno-aktrisa Stormi Danielsə on il öncə Trampla bir gecəlik cinsi əlaqəsinin olduğuna dair iddiası ilə bağlı səssiz qalması üçün 130 min dollar pul ödəməsini söyləyib.

Birinə səssiz qalması üçün pul vermək qanunsuz deyil, amma Tramp 34 maddədən ibarət ittiham aktında 2017-ci ildə Kohenə Danielsə ödədiyi pul üçün etdiyi ödənişi gizlətmək üçün şirkətin biznes qeydlərini saxtalaşdırmaqda ittiham olunur. Tramp həmin pulu Kohenə göstərdiyi hüquqi xidmətlər üçün ödənildiyini iddia edib. Trampın vəkilləri iddia edib ki, Kohen pulu öz iradəsi ilə və Trampın xəbəri olmadan Danielsin vəkilərinə göndərib.

Keçmiş prezident ittiham aktını bütövlükdə rədd edib.

2015-ci ildə Trump Tower-dakı toplantıda Peker Tramp haqqında utancverici hekayələrin hüquqlarını alaraq onları dərc etməməyi - bu praktika tabloid dünyasının dilində “tut və öldür” adlanır - və eyni zamanda Trampın siyasi rəqibləri haqqında xoşagəlməz və saxta məlumatları dərc etməyi vəd etmişdi.

Müdafiə tərəfi iddia edir ki, sövdələşmədə qeyri-adi heç nə olmayıb, baxmayaraq ki, bu, ABŞ-da normal jurnalistika təcrübəsi deyil.

Görüşdən sonra Peker Trampın nikahdan kənar uşağı olduğuna dair yalan iddiasını gizlətməsi üçün Nyu Yorkda Trampın binasındakı qapıçıya 30 min dollar, Trampla 2006-2007-ci illərdə aylarla davam edən münasibətinin olduğunu iddia edən Playboy modeli Karen MakDuqala 150 min dollar pul ödəyib.

Tramp MakDuqalın da iddiasını rədd edib, ancaq Peker ifadəsində Trampın prezident olandan sonra 2017-ci ildə Ağ Evdə gəzərkən ondan hal-əhvalını soruşduğunu iddia edib.

Pekerin ifadəsi ilə yanaşı, münsiflər məhkəmsi həmçinin Kohenin önəmli Trump Tower görüşü ilə bağlı ifadəsini təkrar dinləməyi istəyiblər. Ehtimal olunur ki, bunun məqsədi Trampın müzakirələrdəki rolunu anlamaqdır, çünki Tramp özü məhkəmə prosesində ifadə verməyib.

Bundan əlavə, yeddi kişi və beş qadından barət münsiflər məhkəməsi Nyu-York Ali Məhkəməsinin hakimi Xuan Merçanın iş haqqında hüquqi təlimatlarının onlara yenidən oxunmasını istəyib. Onların təlimatların hamısını, yoxsa yalnız bəzilərini dinləmək istədikləri isə aydın deyil.

Forum

XS
SM
MD
LG