Accessibility links

Münsiflər məhkəməsi Trampın işi ilə bağlı müzakirələrə başlayır


Keçmiş prezident Donald Tramp Manhetten Cinayət Məhkəməsinə gəlir. Nyu York. 29 may, 2024.
Keçmiş prezident Donald Tramp Manhetten Cinayət Məhkəməsinə gəlir. Nyu York. 29 may, 2024.

Donald Trampın Nyu Yorkda aparılan məhkəmə işində münsiflər məhkəməsi çərşənbə günü keçmiş ABŞ Prezidentinin 2016-ci il prezident seçkisinin nəticəsində təsir etməyə çalışıb-çalışmadığına qərar vermək üçün müzakirələr aparacaq.

Nyu Yok Ali Məhkəməsinin hakimi Huan Merçan çərşənbə axşamı yeddi kişi və beş qadından ibarət münsiflər məhkəməsinə bildirib ki, o, onların müzakirələrinə yol göstərmək üçün hüquqi təlimatları oxuyacaq, daha sonra isə onların bağlı qapılar arxasında qərar vermələri üçün işi onlara təhvil verəcək.

Seçicilərin qeydiyyat siyahısından təsadüfi olaraq seçilən nyu-yorklulardan ibarət münsiflər məhkəməsi Amerika prezidentinin üzləşdiyi ilk cinayət işində beş həftə boyunca şahidlərin ifadələrini dinləyiblər. Daha sonra bazar ertəsi günü isə onlar Trampın müdafiə vəkili Todd Blanç və ittihamçı Coşua Steinqlassın işlə bağlı kəskin ziddiyyət təşkil edən təqdimatlarını dinləyiblər.

Blanç üç saat sürən son sözlərində ittihamçının əsas şahidi və Trampın bir zamanlar vəkili olan, daha sonra isə Trampın təqsirli tanınmasını istədiyinə dair ifadə verən Maykl Koheni atəşə tutub.

Müdafiə tərəfinin vəkili Koheni yalançı şahid və hüquqlarından məhrum edilmiş vəkil, “bütün zamanların ən böyük yalançısı” və Trampa qarşı ittihamlarla bağlı “ağlabatan şübhənin insan təcəssümü” adlandırıb.

Blanç deyib ki, Kohenin şübhəli ifadəsi, onun Trampın daşınmaz əmlak şirkətindən 60 min dollar pul oğurlaması və illər boyu yalan danışmaq tarixçəsi – ki, bu yalanlar adətən Trampın adından söylənirdi – münsiflər məhkəməsinə ölkənin 45-ci prezidentinə bəraət qazandırmaq üçün kifayət qədər əsas verir.

Kohen ifadəsində deyib ki, Tramp ona “sadəcə olaraq bunu etməsini” – 2016-cı il seçkisinə bir neçə gün qalmış porno-aktrisa Stormi Danielsə on il öncə Trampla bir gecəlik cinsi əlaqəsinin olduğuna dair iddiası ilə bağlı səssiz qalması üçün 130 min dollar pul ödəməsini söyləyib.

Birinə səssiz qalması üçün pul vermək qanunsuz deyil, amma Tramp 34 maddədən ibarət ittiham aktında 2017-ci ildə Kohenə Danielsə ödədiyi pul üçün etdiyi ödənişi gizlətmək üçün şirkətin biznes qeydlərini saxtalaşdırmaqda ittiham olunur. Tramp həmin pulu Kohenə göstərdiyi hüquqi xidmətlər üçün ödənildiyini iddia edib. Trampın vəkilləri iddia edib ki, Kohen pulu öz iradəsi ilə və Trampın xəbəri olmadan Danielsin vəkilərinə göndərib.

İttihamçı Steinqalss çərşənbə axşamı gec saatlaradək davam edən beş saatlıq son sözündə Kohenin çatışmazlıqlarını etiraf edib, amma bunun "diqqəti yayındıran bir məsələ" olduğunu iddia edib və Trampın “2016-cı il seçkilərinə müdaxilə etmək üçün” konspirasiya ilə məşğul olduğunu bildirib.

O iddia edib ki, Tramp və Kohenin 2015-ci ilin avqustunda National Enquirer tabloidinin naşiri ilə Trampla bağlı nalayiq hekayələrin haqlarını alıb, onları gizlətməsi və onun siyasi rəqibləri ilə bağlı mənfi və şişirdilmiş hekayalər yazması üçün əldə etdiyi razılıq “demokratiyanı devirməyə” bərabərdir və Danielsə səssiz qalması üçün pulun ödənilməsinə gətirib çıxarıb.

Steinqlass deyib ki, həmin qəzet Trampın 2016-ci il seçki kampaniyasının “gizli qolu” olub, çünki o, Trampın nikahdan kənar uşağı olduğuna dair yalan iddiasını gizlətməsi üçün Nyu Yorkda Trampın binasındakı qapıçıya 30 min dollar, Trampla 2006-2007-ci illərdə aylarla davam edən münasibətinin olduğunu iddia edən Playboy modeli Karen MakDuqala 150 min dollar pul ödəyib.

Tramp MakDuqalın da iddiasını rədd edib, ancaq Peker ifadəsində Trampın prezident olandan sonra 2017-ci ildə Ağ Evdə gəzərkən ondan hal-əhvalını soruşduğunu iddia edib.

Danielsin Trampla əlaqəsi olduğuna dair iddiası ilə bağlı isə Steinqlass münsiflər məhkəməsinə deyib ki, “Siz deyə bilərsiniz ki, cənab Trampın 2016-cı il seçkisindən 10 il öncə porno ulduzla yatdığı kimin vecinədir. Bir çoxları belə düşünür. Amerika xalqının onlara əhəmiyyət verib-verməməsi barədə qərar vermək hüququnun olmadığını demək isə daha çətindir.”

Blanç isə münsiflər məhkəməsinə “Prezident Tramp günahsızdır. O heç bir cinayət törətməyib, və rayon prokuroru haqlı olduğunu göstərmək üçün kifayət qədər sübüt irəli sürməyib -nöqtə” deyib.

O deyib ki, işi nəzərdən keçirən münsiflər məhkəməsi “çox tez və asan şəkildə təqsirsizlik hökmünü" çıxarmalıdır.

Forum

XS
SM
MD
LG