Accessibility links

Kök itlər bizə artıq çəki haqda nə öyrədir? [Video]


Kök itlər bizə artıq çəki haqda nə öyrədir?
please wait

No media source currently available

0:00 0:01:55 0:00

Kök itlərin kök insanlarla ortaq cəhəti düşündüyümüzdən daha çoxdur. Macarıstanlı tədqiqatçılar artıq çəkili itlərin yalnız ən yüksək keyfiyyətli yeməyə üstünlük verdiyini aşkar ediblər. Araşdırmaya əsasən, insan piylənməsinin səbəbi və psixoloji təsirini müəyyən etmək üçün itlərə nəzər salmaq olar.

Onların sosial idrak gücü insanlara çox bənzəyir.
Piter Ponqrakz

Tədqiqatçılar kök itlərin önünə iki fərqli boşqab qoyub. Birində daha cəzbedici yemək qoyulub, digəri isə ya boş olub, ya da içində onların xoşlarına gəlməyən yemək olub.

Macarıstanlı tədqiqatçılar normal çəkidə olan itlərin hər zaman onlara göstəriş verildiyi kimi ikinci boşqabda yemək axtardıqlarını, kök itlərin isə bir-iki dəfədən sonra ikinci boşqaba baxmaqdan imtina etdiklərini aşkar edib. Bu nəticələr gözlənilməz olub, çünki tədqiqatçılar kök itlərin yemək üçün hər şeyi edə biləcəyini düşünürdü.

“Biz kök itlərin neytlar bir vəziyyəti də müsbət vəziyyətə çevirəcəklərini, yəni onların hər zaman boşqabda yeməyin olacağını gözlədiklərini və bunun üçün nə qədər lazım olsa enerji sərf edəcəklərini təxmin edirdik. Bir sözlə, onlar üçün mühüm olanın yemək olduğunu düşünürdük. Amma bu sınaqda biz bunun tam əksinə şahid olduq. Belə ki, kök itlər vəziyyətə mənfi nöqteyi-nəzərdən yaxınlaşıdılar və neytral qabda yeməyin olacağını gözləmirdilər”- deyə, heyvan davranışı üzrə alim Orsolya Torda bildirir.

Tədqiqatçıların sözlərinə görə, bu o deməkdir ki, kök itlər daha çox yüksək keyfiyyətli yeməkdən yemək istəyirdilər.

“Biz bunu onunla izah edirik ki, nağdı qoyub, nisyə axtarmazlar. Yəni, əgər vəziyyət qeyri-müəyyəndirsə və onlar yemək tapa bilmirsə, enerji sərf edib onu axtarmaq belə istəmirlər. Onlar üçün əsas məsələ az enerji sərf edərək doğru yeməyi tapmaqdır. Biz bunu insanların köklüyü ilə əlaqələndirə bilərik, çünki insanlarda da köklüyə səbəb yemək mükafatı və mənfi psixoloji durumdur”, Torda deyir.

Bizim ətraf mühitimizdə yaşayan itlər köklüyün səbəb və təsirlərini araşdıran alimlər üçün yaxşı tədqiqat obyekti ola bilər.

“Onların sosial idrak gücü insanlara çox bənzəyir”- deyə, Elte Universitetinin heyvan davranışı üzrə professoru Piter Ponqrakz bildirir.

Nəticə olaraq, itlər və insanlar üçün gözləməyə dəyən mükafat yaxşı yeməkdir.

XS
SM
MD
LG