Accessibility links

"Kömür" filminin rejissoru azərbaycanlı siyasi məhbusların sərbəst buraxılmasını istədi


İran Azərbaycanından olan türk rejissor İsmail Münsif İranda koronavirus pandemiyasının təhlükəsi ilə əlaqədar olaraq Azərbaycanlı siyasi məhbusların müvəqqəti sərbəst buraxılmasını tələb edib.

Güneyli direktor öz Instagram səhifəsində 160-dan çox yazar, şair, araşdırmaçı, jurnalist, ictimai xadim və Azərbaycan vətəndaş fəalının İran məhkəmə sisteminin sədrinə müraciət etməsinə toxunaraq, azərbaycanlı siyasi məhbusların azadlığnı tələb edib.

"Mən də bir Azərbaycanlı olaraq, ədalətsizcə həbs edilmiş bu əzizlərin müvəqqəti olaraq azadlığını tələb edirəm"- deyə, güneyli rejissor öz səhifəsində yazıb.

"Düşünürəm ki, bu kritik vəziyyətdə bu addım onlar üçün minimum insan hüquqlarıdır" - deyə, o qeyd edib.

Güneyli rejissor yazıb ki, "Bu şəxslərin çoxu türk dilini ölkədə rəsmiləşdirmək üçün gördükləri fəaliyyətlərə görə həbsdədirlər. Həmin tələblər seçki zamanı yalnız namizədlərin kampaniyalarında eşitdiyimiz vədlərdir."

İsmayıl Münsif türkdilli "Kömür" adlı filmin rejissorudur. Film İranın Fəcr kino festivalında münsiflərin diqqətini cəlb etsə də, heç bir mükafata layiq görülməmişdi. Rejissor dəfələrlə filminin ekranlara çıxandan sonra əldə etdiyi gəlirləri Azərbaycan şəhərlərində zəlzələdən xəsarət görmüş vətəndaşlara kömək etmək üçün ayırıb.

XS
SM
MD
LG