Accessibility links

Kömür istifadəsi 2019-cu ildə azalıb, lakin qlobal karbon emissiyaları yenə artıb


Kömür istifadəsi 2019-cu ildə azalıb, lakin qlobal karbon emissiyaları yenə artıb
please wait

No media source currently available

0:00 0:03:12 0:00

Yeni bir hesabata əsasən 2019-cu ildə qlobal karbon qazı tullantıları altı faiz artıb. Alimlər dünyada gedən iqlim dəyişikliklərinin qarşısını almaq üçün istixana qazı tullantılarının azaldılmasının vacibliyini qeyd elədiyi bir zamanda statistikalar xoş bir xəbər verib.

2019-cu ildə ABŞ-ın 10 ən böyük kömür istehsalçısından üçü müflis oldu. Bunlar tənəzzül etməkdə olan bir sənayenin ən son qurbanlarıdır.

Hazırda ABŞ-da kömür istehsalı 2008-ci ildəki ən yüksək göstəricidən üçdə bir daha azdır və daha da azalacağı gözlənilir.

Kentukki ştatının enerji və ətraf mühit üzrə katibi və keçmiş kömür icraçısı Charles Snavely ötən ilin may ayında bir konfransda sənaye ilə bağlı xoşagəlməz proqnoz verib.

"Düşünürəm ki, artımdan daha çox azalama riski var. Biz onsuz da zamanla ciddi azalmalar gözləyirdik, indi isə düşünürəm ki, geriləmə bundan daha pis olacaq"

Prezident Donald Tramp 2016-cı ildə seçki kampaniyasında kömür sənayesini canlandıracağını vəd etmişdi.

O, havanın çirklənməsi ilə bağlı qaydaların sənayenin geridə qalmasına səbəb olduğunu deyərək onları yumuşaltdı.

Lakin buna baxmayaraq, ölkə boyu daş kömürlə işləyən elektrik stansiyaları bağlanmağa davam edir.

Qazma işlərindəki ən son yeniliklər təbii qazı ucuzlaşdırıb. Həmçinin külək və günəş enerjisinin qiyməti də olduqca azalıb. Vayominq Universitetinin iqtisadçısı Robert Godby bu ucuzlaşmanın gözləniləndən daha sürətli baş verdiyini deyir.

"Bazar qüvvələri kömürü həqiqətən də qısa müddətdə çoxumuzun gözləmədiyimiz bir yerə doğru sıxışdırdı"

Tramp vəzifəyə başladığı gündən bəri kömür sənayesində olan işlər yerləri də bərpa olunmayıb.

Stanford Universitetinin Qlobal Karbon Layihəsinin rəhbəri Rob Jekson bildirir ki, bazardakı bu cür dəyişikliklər qlobal səviyyədəki kömür emissiyalarının bir faiz azalmasına səbəb olub.

"Amerikada və Avropada kömürdən istifadənin olduqca sürətli şəkildə azaldığını görürük. Hər iki regionda təkcə bu il ərzində 10 faiz azalmanın müşahidə olunması olduqca təccüb doğurur. "

Lakin bu il Hindistanda və dünyanın ən böyük kömür istehlakçısı olan Çində kömürdən istifadə artıb. Bunun demək olar qlobal səviyyədəki azalmanın qarşısını aldığı təxmin edilir. Hər iki ölkə daha çox kömürlə işləyən elektrik stansiyaları inşa etməyi planlayır. Bu da gələcəkdəki karbon tullantıları ilə bağlı narahatlıq doğurur.

Lakin bu stansiyalar ola bilsin ki, çox istifadə olunmayacaq. Enerji İqtisadiyyatı və Maliyyə Təhlili İnstitututundan Tim Buckley bildirir ki, hər iki ölkə artıq ehtiyacı olandan daha çox stansiya tikib.

"Kömürlə işləyən hər bir elektrik stansiyası orta hesabla iki gündən bir istifadə olunur. Beləliklə onlar əbəs yerə ölkənin ehtiyacı olduğundan daha çox enerji istehsal etmiş olurlar."

Lakin kömürdən istifadənin getdikcə azalmasına baxmayaraq, neftdən istifadə nəticəsində yaranan istixana qazı tullantıları və təbii qazdan istifadə getdikcə artır. Cekson deyir ki, bu iqlim üçün pis xəbərdir.

"Düşünürəm ki, Avropa və Birləşmiş Ştatlar kimi ölkələrdə kömürün azalması, qlobal karbon tullantılarını sabitləşdirmək və zamanla aradan qaldırmaq üçün kifayət etmir."

O həmçinin əlavə edir ki, həqiqətən iqlim dəyişikliyinə qarşı mübarizə aparmaq üçün, dünya ciddi şəkildə bütün növ fosil yanacaqlarından istifadəni dayandırmalıdır.

XS
SM
MD
LG