Accessibility links

Könüllülər fəlakət zonasında itlərə yardım edir


Könüllülər fəlakət zonasında itlərə yardım edir
please wait

No media source currently available

0:00 0:01:41 0:00

Florens qasırğasının fəsadları bir çox sahil bölgələri sakinsiz qoyub. Cənub ştatlarında icbari evakusiyaya göstəriş verilib. Bu səbəbdən ev heyvanları və sığınacaqdakı digər heyvanlar arxada qalıb.

Quru yemlər və itlər üçün digər ləvazımatlar onlara yardım etmək istəyənlər tərəfindən yağışların rekord səviyyəyə yüksələn Şimali Karolinaya axır.

Könüllülər indiyədək yüklərin hər birində 450 kiloqramdan artıq olmaqla quru yem göndərildiyini deyir.

İanələr əsasən Facebook tərəfindən göstərilir. Baytarların yardımı ilə onlar Şimali Karolinaya çatdırılır.

“Bir çox insan heyvanlarını götürmədən evlərini tərk etməyib. Bir çoxları üçün itləri onların sahib olduqları hər şeydir” - deyə, könüllü Triş Uitek bildirib.

Yardımlara təmizləyici maddələr və su da daxildir. Məşhur aşpaz Coz Andersin dediyinə görə, onun mətbəxi könüllüləri yeməklə təmin edir.

“Hamı çərmələnib. Bu, bir komanda işidir. Burada qəsəfləri heç vaxt təmizləməyən, heyvanları heç vaxt gəzdirməyən insanlar da var. Burada nə lazımdırsa, kimə lazımdırsa, yardım göstərilir.”

Könüllülər bu yardımların bir hissəsinin ucqar, su və elektriksiz bölgələrə göndərildiyini deyir. Yerli sakinlər ianə üçün alış-veriş edir.

“Hər şey siyahıdadır. Yem, ədyal, kağız dəsmal, xlorlu bezlər və ləyənlər”- deyə, Uendi adlı könüllü bildirib.

Sahibləri gələn 2 həftə ərzində üzə çıxmasa 100-dən artıq it müvəqqəti saxlanmaları üçün ailələrə veriləcək. Lakin atılanların daimi yaşayış yerinə daha artıq ehtiyacı var.

XS
SM
MD
LG