Ətraf mühitin mühafizəsi qanunları ağ köpək balıqlarının Nyu Enqland sularına qayıtmasına yardım edib. Lakin bu ərazi üzmək və sürfinq etməyi sevən çoxsaylı insanı da cəlb edir. Bu nəhəng vəhşi balıqlardan insanların müdafiəsi üçün yeni applikasiya hazırlanıb.
Hər yay mövsümündə Massaçusets ştatının Keyp Kod əhalisi minlərlə turistin gəlişi ilə daha da artır. Yay mövsümündə digər mövsüm qonaqları olan ağ köpək balıqlarının da sayı dalğalar altında artır.
Bir zamanlar əyləncə üçün öldürülən bu balıqları burada nadir hallarda görmək olurdu. O vaxta qadər ki, bu balıqlar və onların əsas qidası olan suitilərin müdafiəsinə qalxıldı.
"Köpək balıqlarının sahilə çıxmaması bizim təmiz ekosistemə malik olduğumuz deməkdir"
"Lakin bu, bəzi problemlərə də yol açır" - deyə, Atlantic White Shark Conservancy şirkətinin baş direktoru Sintiya Viqren bildirib.
Atlantic White Shark Conservancy şirkəti insanlarla yırtıcı balıqların dinc mühitdə yaşamasını təmin etmək üçün Sharktivity adlı telefon apllikasiyası yaradıb. Bu applikasiya insanlara köpək balıqlarını izləmək imkanı verir.
"Elə ağ köpək balıqları var ki, onların üzərində akustik işarələr olur. Onlar radioqəbuledicidən bir neçə yard məsafədə üzürlərsə, bu məlumat applikasiyaya ötürülür" , Viqren deyib.
Yay aylarında demək olar ki, hər gün məlumat alınır. Applikasiyaya xəbərdarlıq gəldikdə menecerlər cimərliyi bağlaya bilər.
Bu yaxınlarda, son 80 ildə ilk dəfə ölümlə nəticələnən köpək balığı hücumundan sonra insanlar təhlükəsizlik tədbirlərini araşdırırlar.
Sürferlə məşğul olan Ed Ransi xəbərdarlılqarı diqqətlə izləyir.
"Okean onlarındır. Biz sadəcə qonaqlarıq və yerlilərə hörmət göstərməliyik."
"Hər bir məlumat yardım edir" , o əlavə edib.
Sharktivity-nin təsisçiləri 4 il əvvəl bu applikasiyanı istifadəyə verməzdən öncə 500 min dəfədən çox yükləndiyini deyir. Bu proqram hazırda Şimali Amerikanın şərq sahilindəki köpək balıqlarını sahildən uzaq tutur.
İndi bunun istifadəçiləri ABŞ daxilində və dünyada artmaqdadır.