Accessibility links

Kürdəmirdə Bakı-Qazax magistralını bağlamağa cəhd olub


Sakinlər örüş torpaqlarının əllərindən alınmasına etiraz edib

Aprelin 8-də Kürdəmir rayonunun (Bakıdan 178 kilometr qərb) Ərəb Qubalı kəndinin bir qrup sakini Bakı-Qazax avtomobil magistralını bağlamağa cəhd edib. Polis cəhdin qarşısını alıb. İnsidentlə bağlı sosial şəbkələrdə videolar yayılıb.

İnsanlar örüş sahələrinin əllərindən alınmasına etiraz etdiklərini bildirib.

please wait

No media source currently available

0:00 0:00:45 0:00

Kənd bələdiyyəsindən etrazın səbəbləri ilə bağlı məlumat almaq mümkün olmasa da, qonşu Sığırlı kənd bələdiyyəsindən Amerikanın Səsinə bildiriblər ki, hazırda Ərəb Qubalı kəndində örüş torpaqlarının sakinlərə qaytarılması ilə bağlı komissiya işləyir.

XS
SM
MD
LG