Accessibility links

YPG döyüşçüləri Suriya-Türkiyə sərhədindən çəkilməyə başlayıb


Suriyanın kürd döyüşçülərinın bildirdiyinə görə, Birləşmiş Ştatlarla Türkiyə arasındakı razılaşmanın bir hissəsi olaraq, Suriya-Türkiyə sərhədi boyu ərazilərdən çəkilməyə başlayıb.

Birləşmiş Ştatların dəstəklədiyi Suriya Demokratik Qüvvələrinin əsas hissəsini təşkil edən YPG kimi tanınan Xalqın Müdafiə Birləşmələri çərşənbə axşamı sazişin bir hissəsi olaraq, Suriyanın şimal-şərqində təhlükəsizlik zonasının yaradılması üçün ilk addımı atdığını elan edib.

"Türkiyə ilə sərhəd təhlükəsizliyi barədə üçtərəfli razılaşma çərçivəsində ilk addım bu ayın 24-də Raş Əl-Əyn şəhərində qum hasarlarının qaldırılması və YPG-nin bir dəstəsinin ağır silahlarla birlikdə geri çəkilməsi ilə həyata keçirildi. Yeni məntəqələr və sərhəd keşik nöqtələri yerli qüvvələrə təhvil verildi. Avqustun 26-da Tal-Abyadda eyni addımlar atıldı" – deyə,YPG-nin regional idarəsinin müdafiə şöbəsinin həmsədri Zaidan Əl-Assi bildirib.

Türkiyə aylardır kürdlərin YPG qüvvələrini öz sərhədlərindən kənarlaşdırmağa çalışaraq, Suriyanın şimal-şərqində hərbi əməliyyatlar keçirməklə hədələyib.

Türkiyə YPG döyüşçülərini 30 ildir Türkiyə hərbi qüvvələri ilə ölkə ərazisində münaqişə aparan Kürdüstan Fəhlə Partiyası - PKK-nin bir hissəsi olaraq görür. Ankara və Vaşinqton PKK-nı terror təşkilatı sayır.

Suriya Demokratik Qüvvələri Birləşmiş Ştatların İslam Dövləti ekstremist qrupuna qarşı mübarizəsində effektiv tərəfdaşı olub. Bu tərəfdarşlıq nəticəsində İŞİD militantları 2014-cü ildə İraq və Suriyada ələ keçirdikləri geniş ərazilərdən çıxarılıb.

Bu ayın əvvəli ABŞ və Türkiyə rəsmiləri Suriyanın şimalında təhlükəsizlik zonası yaradılmasına dair razılıq əldə edib. Bu ərazi Türkiə və Suriyadakı kürd döyüşçülər arasında bufer zonası rolunu oynayacaq.

Şərhlərə bax

XS
SM
MD
LG