Accessibility links

Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun keçmiş rəhbərinin işi məhkəmə baxışına verilib


Vüqar Səfərli
Vüqar Səfərli

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, və digər 7 nəfər şəxsin cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Bugünkü məhkəmə iclasında vəkillər təqsirləndirilən şəxslər barəsində həbs-qətimkan tədbirlərinin ev dustaqlığı ilə əvəzlənməsi ilə bağlı vəsatətlə çıxış ediblər.

Hakimlər müşavirədən qayıtdıqdan sonra həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vasatətin təmin olunmadığı elan olunub.

Məhkəmə baxışı avqustun 20-nə təyin edilib.

Vüqar Səfərli ötən il Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru vəzifəsindən çıxarılıb.

Rəsmi məlumata görə, istintaq işində dövlət satınalmalarına dair qanunvericiliyin tələblərini pozmaq, tikinti normalarına əməl olunmamaqla iş həcmlərini və qiymətləri şişirtməkdən bəhs edilir.

Habelə, cinayət yolu ilə əldə edilən 5 milyon 700 min manat pul vəsaitinin leqallaşdırmasına əsaslı şübhələr yarandığı iddia edilir:

"Vüqar Səfərli və digərlərinə Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə- xüsusilə külli miqdarda ziyan vurmaqla ), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilib. Vüqar Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə-qətimkan tədbiri seçilib".

Bu ilin əvvəlində - yanvarın 12-də Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən isə, bu fondun əvəzində "Medianın İnkişafı Agentliyi" publik hüquqi şəxs yaradılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG