Accessibility links

Küveyt əhalinin sıx məskunlaşdığı iki rayonda hərəkəti məhdudlaşdırdı


Nazirlər Kabinetinin bildirdiyinə görə, Küveytdə koronavirusa qarşı ehtiyat tədbiri olaraq əhalinin sıx məskunlaşdığı iki rayonda hərəkət məhdudlaşdırılıb və tətil 26 aprelədək uzadılıb.

İki həftəlik "tam təcrid" olunmuş iki bölgə, imkansız işçilərin sıx yaşadığı Cliib əl Şuyux və Məxbula rayonlarıdır.

Hökumət komendant saatınının müddətini əlavə iki saat uzadıb. Bazar ertəsindən qüvvəyə minən qanuna əsasən qadağa saatları axşam saat 5-dən səhər 6-dək uzadılıb. Daxili İşlər Naziri komendant saatı olmayan saatlarda belə insanları evdə qalmağa çağırıb.

Küveytdə bu günə qədər 665 yeni koronavirusa yoluxma, yalnız bir ölüm halı qeydə alınıb.

Martın 12-dən etibarən əsas xidmətlər göstərən qurumlar istisna olmaqla, ölkə boyu iki həftəlik ictimai tətil elan etdi. Lakin o vaxtdan bəri tətil uzadılıb.

Bazar ertəsi kabinet bütün nazirliklər və dövlət qurumlarının aprelin 26-a qədər qapalı olacağını bildirib.

Altı üzvü olan Körfəz Əməkdaşlıq Şurası ölkələrində demək olar ki, 8000 yoluxma və 60 ölüm halı qeydə alınıb. Bazar ertəsi Səudiyyə Ərəbistanı virusdan ölənlərin sayının 38 nəfərə çatdığını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG