Accessibility links

Kılıçdaroğluna kütlə tərəfindən hücum edilib


Türkiyənin müxalif Cumhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu bazar günü Ankarada şüarlar səsləndirən bir neçə nəfər tərəfindən hücuma məruz qalsa da, təhlükəsizlik işçilıri onu xəsarət almadan kütlə arasından çıxara bilib.

Kamal Kılıçdaroğlu hücuma fəaliyyəti qadağan olmuş Kürdüstan Fəhlə Partiyası (PKK) ilə qarşıdurma zamanı öldürülən bir türk əsgərinin dəfn mərasimində iştirak edərkən məruz qalıb.

İnsidentlə bağlı video görüntülərdə cangüdənlərinin Kılıcdaroğlunu qorumağa çalışmalarına baxmayaraq, onun hücum edən onlarla insan tərəfindən azı iki dəfə baş nayihəsində zərbə aldığını görmək mümkündür. NTV və Demirören xəbər agentlikləri Kılıcdaroğlunun kütlənin arasından çıxarılaraq, yaxınlıqdakı bir evə aparıldığını bildirib.

“İnsident baş verən zaman biz hamımız ətrafa dağılmışdıq. Kamal Kılıcdaroğlunun vəziyyəti yaxşıdır. Biz sakit olmalıyıq. Kılıcdaroğlu bəyanatla çıxış edəcək” - deyə, Cumhuriyyət Xalq Partiyasının üzvü Ləvənt Gök bildirib.

Cumhuriyyət Xalq Partiyasının Ankara və İstanbul bələdiyyə başçılığına namizədləri prezident Rəcəp Tayyib Ərdoğanın Ədalət və İnkişaf Partiyasının namizədlərini üç həftə əvvəl keçirilən seçkilərin ilkin nəticələri və səslərin yenidən hesablanmasına əsasən məğlub ediblər.

Ədalət və İnkişaf Partiyası seçki pozuntuları olduğunu bildirərək, İstanbulda nəticələri ləğv etmək və səslərin yenidən hesablanması üçün iki petisiya ilə müraciət edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG