Accessibility links

Kəşmirdə silahlı atışma


Çərşənbə günü Hindistanın mübahisəli Kəşmir regionunda hökümət qüvvələri ilə silahlı atışma nəticəsində azı iki militant ölüb.

Bundan əlavə Srinaqar şəhərinin məhəlləsində baş verən atışmada da bir polis zabiti ölüb.

Kəşmir on illərdir Hindistanın hakimiyyətini rədd edir, qiyamçılar regionun ya tamamilə Pakistan tərəfindən idarə olunmasını ya da müstəqillik əldə etmək istəyir.

Hindistan uzun illərdir Pakistanı bölünmüş Himalay ərazisində müsəlman separatçıları silahlandırmaqda günahlandırır. İslamabad ittihamları rədd edir.

XS
SM
MD
LG