Məhəllə sakinlərinin sözlərinə görə, Kəşmirin ən böyük şəhərində zirehli maşınlar Hindistan əleyhinə etiraz edən insanların üstünə sürülüb. Təxminən altı nəfər əzilib, bir kişi isə maşının altında qalaraq, kritik xəsarət alıb.
Rəsmilər bunun “cəfəngiyat” olduğunu söyləyir və maşın ətrafında bir grup qəzəbli insanın olduğunu və onların bəzilərinin maşının içindəki əsgərləri çıxarıb, daşqalaq etməyə çalışarkən maşının altında qaldıqlarını deyir.
“Bu vəziyyəti izdiham yaratdı. Biz yüksək dərəcədə təmkin göstərirdik,” deyə yarı-hərbi dəstənin sözçüsü Sancey Şarma bildirib.
Polis zabiti isə bir başqa versiya irəli sürüb. O deyib ki, maşın səhvən izdihamın üzərinə doğru irəliləyib, qorxmuş sürücü baş verəni dərk edib, oradan getməyə çalışanda bəzi insanları vurub.
“Bu bir səhv olub," adını açıqlamaq istəməyən polis deyib.
Associated Press fotoqrafı hadisə yerində şəkillər çəksə də, o da hadisənin necə baş verdiyini görməyib.
Etirazçılar mütəmadi olaraq cümə namazından sonra Srinaqar küçələrinə axışıb, Yeni Dehlinin Kəşmir üzərindəki nəzarətinə son qoymasını tələb edir.
Cümə günü etirazlar dini keçirilib.
“Polis və əsgərlər qarşıdurmadan yayınmaq üçün izdihamdan aralı məsafədə dayanırdı. Sonra birdən bu maşıb insanların üzərinə gəldi,” deyə sakin Reyaz Əhməd bildirib.
Maşın altında bir insan ilişib qalanda təxminən 30 saniyə önə və geriyə doğru hərəkət edib, daha sonra isə hadisə yerindən ayrılıb. Onun vəziyyəti ağırdır.
Rəsmilər deyir ki, maşının vurduğu bir başka nəfər hadisədən bir neçə saat sonra dünyasını dəyişib. Onun dəfn mərasiminin şənbə keçiriləcəyi gözlənilir. Bu səbəbdən də rəsmilər etirazlara hazırlıq görür.