Bir çox insan üçün qayıqda gəzinti istirahət növü sayılır, lakin Kəşmirsə Srinaqar də daxil olmaqla, dünyanın bir çox yerlərində bu, həqiqi mənada su üzərində həyat tərzidir. Bölgədəki göllər onilliklər boyunca bu üzən evlərə ev sahibliyi edib. Onların rəngarəng görünüşü və müxtəlif dizaynı isə turistləri özünə cəlb edib.
1927-ci ildə Kəşmirin yerli hakimiyyəti xaricilərin torpaq almasına qadağa qoymuşdu. Burada işləyən Britaniya rəsmiləri su üzərində evlərdə yaşamağa başaldılar. Onların su üzərində Avropanın bəzi bölgələrində istifadə edilən evlər kimi üzən evləri tezliklə turistləri özlərinə cəlb etdi və kirayə üçün məkana çevrildi.
Tariq Əhməd Patlu, "üzən ev"in sahibi: “Kəşmirin "üzən evlər" sənayesi əvvəllər çox inkişaf etmişdi. Başqa yerlərdə insanlar Kəşmir haqda danışanda, bu "üzən evlər"dən danışırdı . Bu sənaye Kəşmirin zəngin mədəni irsini təmsil edir.”
Quruda olan evlər kimi bu evlərində qonaq otağı, yemək otağı, hamam otaqları və çoxlu yataq otaqları olur. Onlar cökə ağaclarından və çox vaxt əl ilə hazırlanır. Onların gözəlliyi turistləri təkrarən buraya gətirir.
Irland turist Robert Dauinq: "Mən Srinaqara ilk dəfə 1997-ci ildə gəldim. Hindistan boyu 11 ay səyahət etdim. Keçən həftə Sunita ilə ailə həyatı qurdum və bal ayında mən Kəşmirə gəlməkdə israr etdim. O, Masqard "üzən ev"də ən gözəl nömrədə qalmağa qərar verdi."
Britaniyalı turist Cen Tomas: “Bu mənim Kəşmirə beşinci səfərimdi. İlk dəfə 2013-cü ildə qısa səfərlə gəlmişdik. "Üzən ev"lərdə 3 gecə qaldıq.”
Lakin gözəlliklərinə baxmayaraq bu "üzən evlər" rəsmilərin bildirdiyinə görə gölləri o dərəcədə çirkləndirib ki, yerli hökumət buna görə onların təmirini qadağan edib.
Mühəndis Rəhman Uppal: "Evlərin bütün zibilləri gölə tökülür və onu çirkləndirir. İndi mövsüm deyil, amma artıq hamı bilir ki, çirkablara görə bu il Kəşmiri daha az turist ziyarət edib.”
"Üzən evlər"in sahibləri isə bildirirlər ki, gölün çirklənməsinin səbəbi təkcə bununla bağlı deyil.
"Üzən ev"in sahibi Məhəmməd Əzim Duman: “Hindistan Texnologiya İnstitutu Roorkiee-nin keçirdiyi sorğuya əsasən, gölün çirklənməsinin 3 faizi bu "üzən evlər"in payına düşür. Biz buranı təmiz saxlamalıyıq, çünki biz buradan dolanırıq.”
Hökumət ərazinin çirklənməsini nəzarət altına almaq üçün bir sıra addımlar atır. Buraya çirkab sularını təmizləyən təxminən 900 qurğunun quraşdırılması daxildir.
Mühəndis Rəhman Uppal: "Biz hər "üzən ev"ə bio-təmizləyici quraşdıracağıq. Onların quraşdırılması ilə "üzən evlər"dən çirkab təmizlənərək, suya çevriləcək və gölə axıdılacaq.”
Bu kömək etməlidir, lakin ətraf mühit müdafiəçiləri bildirir ki, şəhər sakinləri və biznes sahibləri də çox vaxt zibilləri suya atır.
Hal-hazırda bu "üzən evlər" turistlərin diqqətini cəlb etsə də, onların gələcəyi gölün təmizliyindən asılıdır.