Accessibility links

Kaan Nazlı: “Azərbaycan iqtisadi genişlənməni diqqətdə saxlamalıdır”


Kaan Nazlı
Kaan Nazlı

Medli Qlobal Məshələt şirkətinin Avropa və Avrasiya proqramının direktoru, iqtisadçı Kaan Nazlı deyir ki, dünya ölkələrinin büdcə kəsrini yarıya endirməsi haqda planın qəbulunu ən çox istəyən ölkə Birləşmiş Ştatlardır.

Böyük İyirmiliyin sammiti dünya ölkələrinin büdcə kəsrini yarıya endirməsi haqda planın qəbulu ilə başa çatıb. Medli Qlobal Məshələt şirkətinin Avropa və Avrasiya proqramının direktoru, iqtisadçı Kaan Nazlı deyir ki, bu plan həyata keçməsini ən çox istəyən ölkə Birləşmiş Ştatlardır. Amerikanın səsinə verdiyi müsahibə Türkiyənin mövqeyində də söz açan cənab Nazlı Türkiyənin bir maliyyə qərarı açıqladığını və yaxın zamanda bu qərarın parlamentdə qəbul olunaraq qanun olması gözlənilir: “Qərara görə, Türkiyə büdcə kəsrini 1 faizə endiriləcək. Bu səbəblə bu, hər hökumətə bağlı bir qərar olacaq. Ancaq Türkiyə Avropa ölkələri ilə müqayisədə həm borcu, həm də büdcə kəsri çox aşağı səviyyədə olduğundan, Ankara belə qərarlar verə bilir”.

İqtisadi genişlənmənin neft qiymətləri üçün çox önəmli bir məsələ olduğunu bildirən iqtisadçı iqtisadi tənəzzül zamanında neft qiymətlərinin ciddi şəkildə düşdüyünü diqqətə çatdırır. Kaan Nazlı deyir ki, iqtisadi genişlənmənin neft qiymətlərinin qalxması üçün müsbət təsirləri ola bilər. Ancaq iqtasi genişlənmənin zəif templə baş verəcəyini deyən ekspert bu səbəblə neft qiymətlərinin 70-75 dollar civarında qalacağını ehtimal edir: “Azərbaycan hökuməti və digər şirkətlər neft qiymətlərini bu səviyyədə nəzərdə saxlayaraq planlar hazırlamalıdır. Bundan Amerikada əmlak bazarından qaynaqlanan maliyyə böhranı Azərbaycanın bank sektoruna o qədər də təsir etməyib”. Azərbaycanın bu böhrandan ziyan görmədən xilas olduğunu dilə gətirən Kaan Nazlı rəsmi Bakının iqtisadi siyasəyində iqtisadi genişlənməni diqqətdə saxlamalı olduğunu bildirib.

XS
SM
MD
LG