Accessibility links

Kabilə raket hücumu olub


Əfqanıstan polisinin verdiyi məlumata görə, çərşənbə axşamı prezident Əşrəf Qani Qurban bayramı münasibətilə çıxış etdiyi zaman paytaxt Kabilin diplomatik rayonuna bir neçə raket atılıb.

Polis bildirir ki, əraziyə raket bombardmanı edilib, onların bəziləri prezident sarayı və səfirlik binalarına yaxın yerlərə düşüb.

Prezident Qani Qurban bayramı mesajında raket hücumlarını qınayıb.

“Əgər militantlar bu xalqın raket hücumlarından sonra təslim olacağını düşünürsə, bir daha fikirləşsinlər. Bu xalq cəsarətlidir, dözümlüdür və hər zaman müstəqilliyini, şərəfini və İslam ənənəsini qorumağa hazırdır”- deyə, o bildirib.

Qani bazar günü Talibanla onların əməl etdiyi təqdirdə üç aylıq atəşkəs elan edib.

Taliban mənbələrinə əsasən, onların rəhbərliyi yerli komandirlərə Qurban bayramı münasibətilə dörd gün boyunca döyüşlərə son qoymağa çağırıb, amma onların bununla bağlı açıq bəyanat verəcəkləri gözlənilmir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG