Accessibility links

Kabil aeroportunda Rəşid Dostumun ölkəyə qayıtmasından bir neçə dəqiqə sonra bomba partladılıb


Əfqanıstanın birinci vitse-prezident Əbdül Rəşid Dostum
Əfqanıstanın birinci vitse-prezident Əbdül Rəşid Dostum

Əfqanıstan rəsmiləri Kabil beynəlxalq hava limanında birinci vitse-prezident Əbdül Rəşid Dostumun sürgündən vətənə qayıtmasından bri neçə dəqiqə sonra güclü bombanın partladığını bildiriblər. Bomba partlayışı nəticəsində azı 14 nəfərin öldüyü, 50 nəfərin yaralandığı deyilir.

Kabil şəhər polis idarəsinin sözçüsü Həşamtullah Satnikzai Amerikanın Səsinə hücumun intiharçı tərəfindən törədildiyini təsdiq edib.

Dostum partlayış nəticəsində xəsarət almayıb.

Bomba hücumuna görə hələlik heç kim məsuliyyəti öz üzərinə götürməyib.

Keçmiş müharibə komandiri, mənşəcə özbək olan Dostum bir ildən artıqdır Türkiyədə yaşadıqdan sonra ilk dəfə olaraq Əfqanıstana qayıdıb. O, ölkəni 2017-ci ildə müəmmalı şəraitdə tərk etmişdi.

Arxiv fotosu-Əfqanıstanın birinci vitse-prezident Əbdül Rəşid Dostum ölkənin şimalındakı Yozjan vilayətinin paytaxtı Şeberganda gəzinti zamanı
Arxiv fotosu-Əfqanıstanın birinci vitse-prezident Əbdül Rəşid Dostum ölkənin şimalındakı Yozjan vilayətinin paytaxtı Şeberganda gəzinti zamanı

Əfqanıstan hökuməti Dostumun xaricdə tibbi müalicəyə ehtiyacı olduğu və sağaldıqdan sonra vəzifəsnin icrasına qayıdacağında israr edirdi. Lakin Dostum Kabili gecə tərk edən zaman veteran siyasi rəqibinə işgəncə verib, ona qarşı seksual təcavüzlə əlaqədar təhqiqata cəlb olunmuşdu.

Dostum uzun zamandır mübahisəli fiqur hesab edilir. Yerli və beynəlxalq hüquq müdafiəçiləri onu ABŞ-ın başçılığı ilə Kabildə islamçı qrupun hakimiyyətdən devrilməsi ilə nəticələnmiş Əfqanıstana müdaxilədən sonra Taliban üzvlərinə qarşı müharibə cinayətlərində ittiham edir.

Dostumla bağlı bundan sonra təhqiqatın davam etdirilib-etdirilməyəcəyi aydın deyil.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG