Accessibility links

Kabildə bomba hücumları 15 adamın həyatına son qoyub


Birləşmiş Ştatların Birgə Qərargahlar rəisinin və NATO rəsmiləri ilə şəhərdə yığıncaq keçirdiyi bir vaxt, cümə axşamı Əfqanıstanın paytaxtı Kabildə həyata keçirilən üç bomba hücumu azı 15 nəfərin ölümünə səbəb olub.

`Mədən və Yanacaq Nazirliyinin işçiləri olan avtobusa hücum zamanı ölənlərin olduğu və 27 nəfərin yaralandığı bildirilib. Ölənlər arasında beş qadının və uşağın da olduğu deyilib. Bu hücumdan bir neçə dəqiqə sonra isə intiharçının özünü həmin yerdən bir neçə metr aralıda partlatdığı və azı 7 nəfərin öldüyü, 20 nəfərin yaralandığı xəbər verilib.

Hücumun həyata keçirildiyi yerdə olan şahidlərdən biri belə bir dəhşəti ilk dəfə gördüyünü deyib.

Hücumların məsuiliyyətini 2001-ci ildə Birləşmiş Ştatların başçılıq etdiyi ordu tərəfindən devrilən və yenidən İslam qanunlarını tətbiq etmək istəyən Taliban üzərinə götürüb.

Taliban sözçücü Zabihulla Mücəhid doqquz xarici əsgərin öldürüldüyünü və ikin maşının sıradan çıxdığını desə də, hökumət rəsmiləri bu məlumatı təsdiq etməyib.

XS
SM
MD
LG