Accessibility links

Kabil hücumunda ölənlərin ikisi xaricidir


Əfqanıstanın paytaxtı Kabildə intiharçı hücumunda həlak olanlar arasında biri amerikalı, digəri isə hindistanlı olmaqla, iki xarici vətəndaş var.

55 yaşlı amerikalı Mano Kamaleson Kabildəki First MicroFinance Bank-ın əməkdaşı olub.

Hindistan hücum zamanı bir vətəndaşının həlak olduğunu təsdiq edib. Hindistanın Kabildəki səfirliyi hücumu pisləyən bəyanatla çıxış edib və bunu vəhşi bir terror aktı adlandırıb.

Talibanın məsuliyyətini üzərinə aldığı hücum şəhərin “Yaşıl kənd” adlandırılan bölgəsində həyata keçirilib. Burada çoxsaylı xarici şirkət, ofis və xeyriyyə fondları yerləşir.

Bazar ertəsi axşam saatlarında həyata keçirilən hücum Talibanın ölkənin demək olar ki, yarısında hər gün Əfqanıstan hərbi qüvvələrinə qarşı hücumlarından sonuncusudur.

Hücumun baş verdiyi ərazidəki yollar təhlükəsizlik qüvvələri tərəfindən səhərə qədər bağlanıb.

Əfqanıstanın Daxili İşlər Nazirliyi uşaqlar və qadınlar da daxil olmaqla, 100-dən çox adamın xəsarət aldığını bildirib. Qurbanların əksəriyyəti əfqanlar olub.

Hücum BMT-nin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzadın Kabilə getməsindən bir gün əvvəl həyata keçirilib. ABŞ ondan Əfqanıstan hökuməti ilə Taliban arasında müzakirələrin bərpasına yardım etməsini istəyib.

Eyni zamanda polis bildirib ki, Qəndəhar vilayətində bu gün iki polis işçisi öldürülüb. Hücumçu hadisə yerindən qaçmağa nail olub.

Taliban isə Əfqanıstan qüvvələri arasına daxil etdiyi yaraqlının 5 nəfəri öldürdüyünü iddia edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG