Accessibility links

Kabil hava limanında uçuşlar bərpa olunub


Diplomatlar və mülki vətəndaşların Əfqanıstanı tərk etməyə çalışdığı bir vaxt minlərlə insanın Kabil beynəlxalq hava limanına toplaşığı zaman baş verən qarmaqarışıqlıqdan bir gündən sonra çərşənbə günü təxliyə uçuşları bərpa olunub.

NATO-nun Əfqanıstandakı baş mülki nümayəndəsi Stefano Pontecorvo Twitter-də ABŞ Hərbi Hava Qüvvələrinə aid bir neçə təyyarənin əks olunduğu fotoları yayımlayaraq, təyyarələrin "havaya qalxdığını və endiyini" gördüyünü yazıb.

Fransa Silahlı Qüvvələri Naziri Florens Parli vətəndaşlarını Əfqanıstandan çıxaran hərbi təyyarənin gecə Birləşmiş Ərəb Əmirliklərinə endiyini və Fransanın növbəti uçuşları təşkil etməyə çalışdığını bildirib.

Hindistan da çərşənbə axşamı xüsusi bir hərbi təyyarə ilə diplomatlar, mülki heyət və təhlükəsizlik işçiləri də daxil olmaqla təxminən 140 hindlini Kabildəki səfirlikdən təxliyə edib.

ABŞ ordusu hava limanında ən az iki nəfərin öldüyünü təsdiqləyib. Pentaqonun mətbuat katibi Con Kirbi bazar ertəsi iki silahlı şəxsin iki ayrı insidentdə kütləyə atəş açdığını və hər ikisinin ABŞ qüvvələri tərəfindən "real və görünən təhlükə" səbəbilə öldürüldüyünü bildirib.

Adının açıqlanmaması şərti ilə Amerikanın Səsinə danışan bir ABŞ rəsmisi bildirib ki, ABŞ hərbi təyyarəsi havaya qalxdığı zaman bir neçə mülki şəxsin ölməsi ilə bağlı məlumatlar "hazırda araşdırılır".

ABŞ Prezidenti Co Bayden Taliban qüvvələrinin Kabili ələ keçirməsindən sonra verdiyi ilk açıqlamasında ABŞ qüvvələrin Əfqanıstandan çıxarmaq qərarının "tamamilə arxasında" durduğunu deyib.

"ABŞ qüvvələri Əfqanıstan qüvvələrinin öz ölkələri üçün mübarizə aparmaq istəmədikləri bir müharibədə döyüşə bilməzlər, döyüşməməli və ölməməlidirlər" deyə Bayden Ağ Evdən verdiyi açıqlamasıda bildirib.

BMT-nin Baş Katibi Antonio Quterreş təşkilatın Təhlükəsizlik Şurasına verdiyi açıqlamada "Dünya Əfqanıstanda baş verənləri ürək ağrısı və gələcəkdə olanları isə dərin bir narahatlıq hissi ilə izləyir" deyə bildirib.

15 üzvün hamısının razılaşdığı bəyanatda şura bütün zorakılıqların dərhal dayandırılmasına və "geniş danışıqlar yolu ilə vahid, əhatəli və təmsilçi, o cümlədən qadınların tam, bərabərhüquqlu şəkildə iştirak etdiyi yeni bir hökumətin qurulmasına" çağırıb.

Əl-Qaidə militantlarının 11 sentyabr 2001-ci il terror hücumlarına cavab olaraq ABŞ qüvvələrini Əfqanıstana göndərən ABŞ-ın keçmiş prezidenti Corc Buş bazar ertəsi verdiyi açıqlamada baş verən hadisələrdən həyat yoldaşı Laura ilə birlikdə "dərin kədər hissi" keçirdiklərini deyib.

"Həm çox əzablar çəkən əfqan xalqı, həm də çox qurban verən amerikalılar və NATO müttəfiqləri üçün ürəyimiz ağrıyır" deyə onlar bildiriblər.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG