Accessibility links

Kabildə intiharçı hücumu


Əfqanıstanın paytaxtı Kabildə intiharçı hücumu həyata keçirilib. Hədəf ölkənin təhlükəsizlik qüvvələri olub.

Nəticədə 15 nəfər həlak olub və 25 nəfər yaralanıb. Hadisə baş verərkən təhlükəsizlik heyəti bu ərazidə əməliyyat aparırıdı.

Rəsmilər ölü sayının arta biləcəyini deyirlər.

Kabul polisinin sözçüsü Basir Mücahid deyib ki, partlayış baş verərkən polis qanunsuz narkotik və alkoqol satışı ilə bağlı əməliiyat aparırdı.

O bildirib ki, polis əməliyyatla bağlı mümkün etiraz aksiyasının qarşısını almaq üçün kütləni dağıtmağa çalışırdı.

Partlayışın məsuliyyətini hələlik heç bir qrup öz üzərinə götürməyib.

Son günlərdə Kabil Taliban, İslam Dövləti və başqa ekstremist qrupların hədəfinə çevrilib.

Dekabrın 29-da Əfqanıstan hökuməti şiələrin paytaxtdakı mədəniyyət mərkəzində törədilmiş bir neçə partlayış nəticəsində azı 41 nəfərin həlak olduğunu və daha 84 nəfərin yaralandığını buildirmişdi.

Prezident Əşrəf Qaninin “bəşəriyyət əleyhinə cinayət” adlandırdığı 28 dekabr aktının məsuliyyətini İslam Dövləti üzərində götürmüşdü.

Bu təşkilat son vaxtlardƏfqanıstanda, xüsusilə də paytaxt Kabilda şiələrə qarşı hücumlarını artırıb.

XS
SM
MD
LG