Accessibility links

Əfqanıstanda intiharçı hücumu - Ölənlər var


Əfqanıstanın Hərbi Akademiyası yaxınlığında intiharçı hücumu 6 təhlükəsizlik xidməti üzvünün ölümünə, 16 nəfərin yaralanmasına səbəb olub.

Daxili İşlər Nazirliyi hücumun akademiyanın giriş darvazasında baş verdiyini təsdiq etsə də, detallara varmayıb.

Son silsilə hücumlar dalğası Kabildə onlarla insanın ölümünə yol açıb.

Eyni zamanda qüvvələr Zabul vilayətində Talibanın nəzarət etdiyi həbsxanaya reyd keçirərək, 18 məhbusu azad edib. Onlar arasında təhlükəsizlik personelinin 12 üzvü var.

Hücumun məsuliyyətini Xorasan vilayətinin yerli cihahı olan İslam Dövləti qrupu üzərinə götürüb.

Əfqanıstanın kəşfiyyat orqanları Maydan Vardak vilayətində xüsusi təyinatlı qüvvələr tərəfindən 60 Taliban yaraqlısının öldürüldüyünü bəyan edib.

Bu arada Taliban Moskva görüşünün mühüm nailiyyət əldə edilmədən başa çatdığını bildirib.

Moskva görüşü zamanıTaliban və Rusiya birgə bəyanatla çıxış edərək, ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin Əfqanıstandan çıxarılmasına çağırıb.

Talibanın lideri xaricilərin hərbi mövcudluğunu pisləyərək, bunu ölkədə sülhün bərqərar edilməsinə ən böyük maneə adlandırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG