Accessibility links

Kabildə 8 İŞİD militantı həbs edilib


Əfqanıstan rəsmiləri milli kəşfiyyat agentliyinin paytaxt Kabildə səkkiz İŞİD əməliyyatçısını həbs etdiyini bildirir.

Şənbə günü Milli Təhlükəsizlik Direktoratı onların şəhərdə aparılan ayrı əməliyyat nəticəsində həbs olunduğu barədə məlumat verib. Onların arasında İŞİD-ə döyüşçü cəlb edənlər də olub.

Bu həbslər beş İŞİD militantının Kabildə Əfqanıstan hərbi Akademiyasında ihtiraçı bomba hücumu həyata keçirərək 11 əsgəri öldürüb, 16 digərini yaralanmasından sonraya təsadüf edir.

Agentlik bildirir ki, şübhəli şəxslər gənc əfqanları cəlb edir və Kabildə terror hücumları planlaşdırırdı. Onlar məscid və mədrəsə inşa etmək adı altında təxribatçı fəaliyyətləri üçün ianə toplayırdı.

Hərbi akademiyaya hücum Kabildə 140 nəfərin ölümü ilə nəticələnən böyük maşın bombası hücumu da daxil olmaqla Talibanın həyata keçirdiyi iki digər hücumundan sonraya təsadüf edib.

Gücləndirilmiş təhlükəsizlik

O zamandan bəri Əfqanıstan təhlükəsizlik qüvvələri paytaxt yaxınlığında təhlükəsizliyi gücləndirib və militantların sığınacaqlarına qarşı reyləri artırıb.

Reydlər nəticəsində kəşfiyyat agentlikləri İŞİD-in Kabildə partlayıcılar və intiharcı kəmərlərlə dolu Qala-e-Valid məhəlləsini aşkar ediblər.

Rəsmilər deyir ki, Əfqanıstan rəsmiləri həmin məkana hərbi akademiyaya hücum zamanı ələ keçirilən qiyamçıdan alınan məlumat nəticəsində gedib çıxıb.

Əfqanıstan prezidenti Əşrəf Qani hücumla bağlı istintaq çərçivəsində səkkiz ordu zabitini işdən çıxarıb. Onların sırasına “professional səhlənkarlıq” səbəbilə vəzifələrindən azad edilən iki general daxildir.

Kabildə pisləşən təhlükəsizlik vəziyyəti şəhəri qoruya bilmədikləri üçün Qani hökümətinə qarşı tənqidlərə səbəb olub. Tənqidçilər Kabil və Əfqanıstanın digər yerlərində zorakılığın artmasına Əfqanıstanın təhlükəsizlik müəssisələrində geniş yayılmış korruspiyanı səbəb olaraq göstərir.

Bu arada isə şənbə günü cənubi Helmand əyalətinin rəsmiləri Talibanın gecə təhlükəsizlik postuna etdiyi hücum nəticəsində altı əfqan polisinin oldüyünü, səkizinin isə yaralandığını təsdiq edib.

Taliban cümə günü Nava vilayətindəki hücumun məsuliyyətini üzərinə götürüb və 15 əfqan qüvvəsinin öldürdüyünü iddia edib. Taliban 2017-ci ildə hökümət qüvvələrinin ağır itkilərinə səbəb olub. Deyilənə görə, bu hücumlar nəticəsində 10 minə yaxın Əfqanıstan hərbçisi və polisi öldürülüb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG