Accessibility links

Kabildə şiələrin məscidində intiharçı hücumu törədilib


Əfqanıstan rəsmiləri Kabildə şiə müsəlmanların ibadətgahında törədilmiş intiharçı bomba hücumunda altı nəfərin öldüyünü, 27 nəfərin isə yaralandığını bildirib.

Şahidlərin bildirdiyinə görə, çoban kimi geyinmiş hücumçu paytaxtın Qala-e Fatehullah adlanan izdihamlı ibadətgaha daxil olmağa çalışan zaman polis işçisi ona diqqət verib və atəş açıb. İntiharçı bundan sonra insanlar ibadətgahdan çıxdığı zaman üzərindəki partlayıcıları işə salıb.

Partlayış zamanı ölən insanların sayının rəsmi rəqəmlərdən daha artıq olduğu və ölənlər arasında uşaqların olduğu haqda məlumat verilib.

Prezident Əşrəf Qani hücumu kəskin şəkildə qınayaraq, terrorçuların Əfqanıstanı bölmək səylərinin baş tutmayacağını deyib.

Taliban sözçüsü üsyançıların hücumla əlaqəsi olduğunu inkar edib.

Yerli xəbərlərdə Əfqanıstan təhlükəsizlik qüvvələrinin hadisə yerində gödəkçəsində partlaycılar gizlədilmiş ikinci intiharçını həbs etdiyi haqda məlumat verilib.

Əfqanıstanda İslam Dövləti qrupunun tərəfdarları azlıqda olan şiələr və şiə məscidlərə hücumlara görə məsuliyyəti öz üzərinə götürüb.

Cümə günü törədilmiş hücum Kabildə keçən ay şiə məscidində 20 nəfərin ölümülə nəticələnimş intiharçı hücumundan sonraya təsadüf edir.

XS
SM
MD
LG