Accessibility links

ABŞ-ın Kabildəki səfirliyinin yaxınlığında olan partlayış nəticəsində azı 8 nəfər ölüb


Əfqanıstanın Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, çərşənbə günü Kabilin izdihamlı küçələrinin birində baş verən intiharçı bomba hücumu nəticəsində azı 8 nəfər həlak olub, 25 nəfər isə yaralanıb.

NATO sözçüsü Bil Salvin bildirib ki, hücumun məqsədi alyansa məxsus zirehli texnikalardan birini sıradan çıxartmaq idi. Onun sözlərinə görə yaralılardan üçü NATO-nun hərbi xidmətçiləridir.

Şahidlərin sözlərinə görə, ABŞ səfirliyi yaxınlığında baş vermiş hücum ətrafdakı mülki maşınlara zərər vurub. Xəsarət alanların əksəriyyəti mülki əfqanıstanlıladır.

İslam Dövləti terror qrupu hücuma görə məsuliyyəti üzərinə götürüb.

XS
SM
MD
LG