Accessibility links

Kabildə bomba partlayışı nəticəsində Əfqanıstanın iki polis işçisi həlak olub


Şənbə günü Kabildə baş verən üç ayrı “yapışan bomba”nın partlaması nəticəsində Əfqanın iki polis işçisi həlak olub. Bu, Əfqanıstanın paytaxtında baş verən ən sonuncu zorakılıq hadisəsidir.

İki pois işçisi onların maşınların yapışdırılan bombanın Kabilin mərkəzi rayonunda partlaması nəticəsində həlak olublar. Bu barədə polis sözçüsü Ferdavs Fərəmərz müxbirlərə xəbər verib.

Onun dediyinə görə, partlayış nəticəsində bir mülki vətəndaş da yaralanıb.

Fərəmərz bildirib ki, Kabilin şərqi rayonunda ikinci maşını hədəf alan bənzər bomba hücumunda iki təhlükəsizlik personalı xəsarət alıb.

O deyib ki, şəhərdə üçüncü bomba da partlayıb, amma həlak olan olmayıb.

Son aylarda Kabil və Əfqanıstanın bir neçə digər vilayətində ölümcül zorakılıq halları, o cümlədən bomba və raket hücumları habelə hədəfli qətllər baş verib.

Xüsusilə də Kabildə baş verən bu hücumların bəzilərini məsuliyətini cidadçı İslam Dövlət qrpu üzərinə alıb.

Əfqanıstanda hökumətlə Taliban arasında sülh danışıqlarına rəğmən zorakılıqlar artdığı bir vaxt jurnalistlər, siyasətçilər və hüquq müdafiəçiləri hədəfli hücumlara məruz qalıblar.

Sentyabrın 12-də Qətərin paytaxtı Dohada başlayan sülh danışıqlarına yanvarın əvvəlinə qədər fasilə verilib.

XS
SM
MD
LG