Accessibility links

Kabildə güllə ilə öldürülən 3 xaricinin cəsədi aşkar edilib


Əfqanıstan polisi Kabildə güllə ilə öldürülən 3 xaricinin cəsədini aşkar edib. Onlar daha əvvəl oğurlanan Hindistan, Malayziya və Makedoniya vətəndaşlarıdır.

Daxili İşlər Nazirliyinin bildirdiyinə görə, onlar səhər şirkətin maşını ilə çıxmış, daha sonra tanıdıqları ehtimal olunan şəxsin maşınına minmişlər. Həmin şəxsin oğurluğu təşkil etdiyindən şübhələnilir.

Hadisə ilə bağlı istintaq aparılır.

Kabil polisinin sözçüsü Həşmətullah Stanikyazi bildirib ki onlar Kabilin qərbindəki 9-cu rayonda oğurlanıb, cəsədləri isə şəhərin cənub hissəsində aşkar edilib.

Öldürülənlər Beynəlxalq ərzaq və yemək sifarişi şirkəti Sodexo-nun əməkdaşları idi. Bu yaxınlarda şirkət Parisdə Eyfel Qülləsindəki iki restoranı ilə çalışmaq hüququ əldə edib.

Qətillərin məsuliyyətini üzərinə alan olmayıb.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG