Accessibility links

Kabildə hücum: 27 nəfər ölüb


Əfqanıstan rəsmiləri bildirir ki, naməlum silahlı şəxslərin Kabildə müxalif siyasətçilərin iştirak etdiyi tədbirdə atəş açması nəticəsində azı 27 nəfər ölüb, onlarla insan yaralanıb.

Şahidlər deyib ki, atışma sabiq vitse-prezident Kərim Xəlili Əfqanıstan paytaxtında azlıq şiə Həzara məzhəbindən tanınmış siyasətçinin ölümünün ildönünmə həsr olunmuş mərasimdə çıxış edərkən başlayııb.

Tədbir Əfqanıstanın televiziya kanallarında canlı yayımlanıb və Xəlilinin atışma başlayandan sonra digərləri ilə birlikdə gizlənməyə çalışdığı göstərilib.

Hücumun məsuliyyətini üzərinə götürən olmayıb. Taliban qiyamçıları hücumda əli olduqlarını inkar edib.

İslam Dövlətinin regiondakı qolu Xorsan Vilayəti daha öncə Əfqanıstanda şiələrin toplantılarına və ibadət yerlərinə hücumların məsuliyyətini üzərinə götürüb.

Əfqanıstanın baş icraçısı Abdulla Abdulla və sabiq prezident Həmid Karzay cümə günü keçirilən tədbirdə çıxış edənlər arasında olub. Onların hər ikisi xəsarət almadan hadisə yerindən qaça bilib.

Ancaq yaralananlar arasında keçmiş vilayət qubernatorunun olduğu deyilir.

Prezident Əşrəf Qani hücumu qınayaraq, insanlığa qarşı cinayət adlandırıb və bu zorakılıqla Əfqanıstanın milli həmrəyliyinin hədəf alındığını bildirib.

Ötən il əsasən şiə əfqanların iştirak etdiyi Əbdül Əli Məzarinin ölümünün ildönümündə də hücum baş vermişdi. Həmin hücum nəticəsində 12-ə yaxın insan ölüb, çox sayda insa yaralanmışdı. Hücumun məsuliyyətini İslam Dövləti üzərinə götürmüşdü.

Etnik Həzara lideri 1995-ci ildə Əfqanıstan vətəndaş müharibəsinin astanasında ikən militantlar tərəfindən girov götürüləndən sonra öldürülüb.

Hücum Birləşmiş Ştatlar və Talibanın Qətərdə Əfqanıstanda 19 ildir davam edən müharibəyə son qoymaq məqsədilə əldə etdiyi sülh razılığından bir həftə sonraya təsadüf edib.

XS
SM
MD
LG