Accessibility links

Kabildə hücum


Bir qrup naməlum şəxs cümə axşamı Əfqanıstanın paytaxtı Kabildə sabiq prezident Həmid Karzay və baş icraçı Abdulla Abdulla, eləcə də bir neçə prezidentliyə namizədin iştirak etdiyi iclasa hücum edib. Nəticədə azı bir nəfər ölüb.

Hücumda azı 16 nəfər yaralanıb. Yerli Tolo news kanalının verdiyi məlumata görə, onlar arasında prezidentliyə namizəd Əbdül Lətif Pedram da olub.

Hizbi Vəhdəti İslami partiyasının yüzlərlə üzvü başçıları Əbdül Əli Məzarinin ölümünün 24-cü ildönümünü qeyd etmək üçün bir araya gəlib.

Hücum başlayan zaman səhnədə çıxış edən Abdulla hadisəni “cinayət” adlandırıb.

Daxili İşlər Nazirliyinin mətbuat katibi bildirir ki, polis hadisənin baş verdiyi məkanın yaxınlığında atəş açan şəxslərə məkanın yerini göstərən kişini həbs edib.

Əfqanıstanda zorakılıqlar azalmadan davam edir, baxmayaraq ki, Taliban nümayəndələri Qətərin paytaxtı Dohada Birləşmiş Ştatların nümayəndə heyəti ilə danışıqlar aparır.

Cümə axşamı baş verən hücum Əfqanıstanın şərqində yerləşən Cəlalabad şəhərində 16 inşaat işçisinin silah və bomba hücumu nəticəsində həlak olmasından bir gün, Taliban döyüşçülərinin isə Helmandda mühüm hərbi bazaya hücum edərək 25 əfqan əsgəri öldürməsi və bir neçə şəxsi girov götürməsindən bir həftə sonraya təsadüf edib.

XS
SM
MD
LG