Accessibility links

Kabildə intiharçı hücumu


Əfqanıstanın paytaxtı Kabildə intiharçı hücumu 12 nəfərin ölümü, 30-dan çox insanın yaralanmasına səbəb olub.

Hücum hökumətin Taliban yaraqlılarına qarşı genişmiqyaslı əməliyyatından bir gün əvvəl həyata keçirilib.

Rəsmilər intiharçının Kəndlərin bərpası və İnkişafı Nazirliyinin girişində bombanı işə saldığını bildirib. Ölənlər arasında nazirlik işçiləri də var.

Hücumun məsuliyyətini üzərinə alan olmayıb.

Bundan bir neçə saat öncə 3 ağır silahlanmış intiharçı Cəlalabad şəhərində təhsil direktoratı binasına hücum etməyə cəhd göstərib.

Nanqarhar vilayətinin polis idarəsinin rəisi Qulam Stanikzai deyib ki, hücumçulardan biri özünü partladıb, digər ikisi isə Əfqanıstan qüvvələri tərəfindən öldürülüb.

Bomba və silah reydləri nəticəsində 17 mülki vətəndaşın həlak olduğu bildirilir.

Hücumlara görə İslam Dövləti qrupu günahlandırılır.

XS
SM
MD
LG