Accessibility links

Kabildə məktəb yaxınlığında partlayış: azı 30 ölü, 50 yaralı


Şənbə günü Əfqanıstanın paytaxtı Kabildə məktəb yaxınlığında baş verən partlayış azı 25 nəfərin ölümü, onlarla insanın yaralanması ilə nəticələnib. Bu barədə daxili işlər nazirliyi məlumat verib.

Nazirliyin sözçüse Tariq Arian deyib ki, partlayışda azı 52 nəfər yaralanıb, onların əksəriyyəti isə tələbələrdir.

O, partlayışın səbəbi və ya hədəfini dəqiq bildirməyib.

Səhiyyə Nazirliyinin sözçüsü Qulam Dəstəgir Nəzəri deyib ki, indiyədək 46 nəfər xəstəxanaya çatdırılıb.

Vaşqinton sentyabrın 11-dək bütün ABŞ qoşunlarını ölkədən çıxarmaq planlarını açıqlayandan bəri yüksək sayıqlıq vəziyyətindədir. Əfqanıstan rəsmiləri deyir ki, Taliban ölkə boyu hücumlarını artırıb.

Şənbə günü baş verən partlayışın məsuliyyətini üzərinə alan olmayıb.

Hadisə Kabilin qərbində son illərdə İslam Dövləti militantları tərəfindən dəfələrlə hücumlara məruz qalan şiə müsəlmanlarının çoxluq təşkil etdiyi məhəlləsində baş verib.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG