Accessibility links

Kabildə nazirliyə hücum olub


Kabildə Kommunikasiya və İnformasiya Texnologiyaları Nazirliyi. 20 aprel 2019.
Kabildə Kommunikasiya və İnformasiya Texnologiyaları Nazirliyi. 20 aprel 2019.

Şənbə Əfqanıstanın paytaxtı Kabilin mərkəzində partlayış baş verib və belə görünür bir neçə naməlum hücumçu rabitə nazirliyinin yerləşdiyi çoxmərtəbəli binaya daxil olub və orada təhlükəsizlik qüvvələri ilə qarşıdurma yaşayıb.

Şahidlər şəhər mərkəzində silah səsləri eşidib, lakin polis bina ətrafındakı ərazini bağlayıb.

Daxili İşlər Nazirliyinin sözçüsü Nəsrat Rəhimi Rabitə və informasiya Texnologiyası Nazirliyi yaxınlığında silahdan atəş açıldığını təsdiq edib, lakin əlavə mlumat paylaşmayıb.

Hücum Kabildə aylardır davam edən sakitlikdən sonra baş verib və ABŞ ilə Taliban rəsmiləri arasında Əfqanıstanda 17 ildir davam edən mühairbəyə son qoymaq üçün rəsmi sülh danışıqlarına yol açacaq danışıqların keçirildiyi vaxta təsadüf edib.

Adının açıqlanmasını istəməyən bir rəsmi deyib ki, belə görünür ilkin partlayışa nazirliyə girişdə intiharçı bomba səbəb olub. Əfqanıstan polisi bu məlumatı təsdiqləməyib və heç bir militant qrup hələ ki, hücumun məsuliyyətini üzərinə almayıb.

Tolo News televiziya kanalı bir şahidə istinad edərək bildirib ki, hüçumçular nazirlik binasının birinci mərtəbəsində təhlükəsizlik qüvvələri ilə döyüşüb.

Partlayış şəhərin ən əsas kommersiya ərazilərinin biri ilə ağır şəkildə müdafiə olunan və xarici ziyarətçilərin qaldığı Serena Otelin yaxınlığında baş verib.

Qatarda Taliban rəsmiləri ilə əfqan siyastəçilər və vətəndaş cəmiyyətinin nümayəndələri arasında planşdırılan görüş təxirə salınandan bir neçə gün öncə baş verən hücum sülh razılığının əldə olunması səylərinin önündəki maneələri vurğulayıb.

Əfqanıstan boyu ağır döyüşlər aparılsa və Taliban militantları bahar hücumunu elan etsə də, son həftələrdə Kabildə mülki hədəflərə qarşı geniş miqyaslı hücumlar həyata keçirilməyib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG