Accessibility links

Kabildə Novruz bayramı şənlikləri zamanı partlayışlar baş verib


Əfqanıstanın paytaxtı Kabildə Novruz bayramı şənlikləri zamanı baş verən ardıcıl partlayışlar nəticəsində azı 5 nəfər ölüb.

Rəsmilərin verdiyi məlumata görə, hadisə Kabilin əsasən şiələr yaşayan bölgəsindəki Karti Saxi ibadətgahının yaxınlığında baş verib. Uzaqdan idarə olunan 3 bombanın partlaması 20-dən çox insanın yaralanmasına səbəb olub.

Partlayışların məsuliyyətini üzərinə götürən olmayıb.

Sünni hərbçilər bundan öncə də Kabilin şiə azlığına qarşı bir neçə dəfə hücum həyata keçirmişdi.

XS
SM
MD
LG